46
Sürməyi yerlikli xalçanın ara sahəsində dörd böyük ölçülü göl yer­ləşdirilib.
Göllərin içərisində kənarları qarmaqlı, nisbətən kiçik ölçülümedalyonlar vardır. Me-
dalyonların mərkəzində dördləçəkli güllər işlənib. Güllər rombşəkilli elementlərin
içərisində işlənmişdir.
Xalçanın ara sahəsinin yuxarı və aşağı künclərində və göllərin arasındakı boşluq-
larda dördbucaqlı medalyonlar vardır. Bu medalyonların içərisində üz-üzə dayan-
mış quşu xatırladan stilləşmiş elementlər vardır.
Xalçanın ara sahəsinin boşluqlarında müxtəlif ölçülü həndəsi, rombvari, “dörd
ünsür”, qarmaqlı, dörd, altı, səkkizləçəkli gül, stil­ləş­miş hey­van, quş təsvirləri veril-
mişdir. Xalçanın ara sahəsini içə­ri­sində “S”ə bənzər motivlər işlənmiş mədaxil əhatə
edir.
Xalçanın ana haşiyəsi zoğalı, ağ, sürməyi, mavi, açıq və tünd-qəh­vəyi, sarı rənglərlə
işlənmiş “ox” işarəli motivlərlə bəzədilib. Ana ha­şi­yəni əhatə edən zoğalı yerlikli da-
xili və sürməyi yerlikli xarici bala ha­şiyələr gül-çiçək motivləri ilə bəzədilib.
Sürməyi yerlikli kənar haşiyə xaricdən “S”ə bənzər zən­­cirvari
düzülüşlə işlənmiş mədaxillə əhatə olunub.
Qırmızı yerlikli bala haşiyə isə içərisində sarı, ağ çiçəklər işlən­miş mədaxillə əhatə
olunmuşdur. Mavi yerlikli bu mədaxilin kənarları sa­rı rəngli “su”larla tamamlanır.
Xalça çox zəngin rəng çalarlarına ma­likdir.
Xalçanın xovu və ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma və­ziyyəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...76