42
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Sür­məyi yer-
likli ara sahənin əsas bəzəyi şaquli istiqamətdə yer­ləş­di­ril­miş üç böyük ölçülü
göldən ibarətdir. Göllər rombşəkillidir. Göl­lə­rin kənarları diliklərlə əhatə olunub.
Ara sahənin yuxarı və aşa­ğı his­səsində zoğalı yerlikli “qübbə” motivləri vardır.
“Qübbə” mo­tiv­lə­rinin kənarları diliklidir. Diliklərin kənarları ağ rəngli “su”larla
iş­lənib. “Qübbə”lərin sağ və solunda kvadratşəkilli medalyonlar təs­vir edilmişdir.
Xalçanın ara sahəsinin boşluqları müxtəlif formalı və ölçülü həndəsi,
qarmaqlı rombvari, dörd, altı, sək­kiz­lə­çəkli güllər və digər motivlərlə
doldurulub.
Xalçanın sarı yerlikli ana haşiyəsi qırmızı, sumağı, sürməyi, mavi, şə­kəri, sarı, ya-
şıl rəngli spiralşəkilli elementlərlə bəzədilib. Ana ha­şi­yənin kənarları şəkəri rəngli
“siçandişi”lərlə tamamlanır.
Ana haşiyə daxildən zoğalı, xaricdən isə mavi yerlikli dördləçəkli gül­lər işlənmiş
bala haşiyələrlə əhatə olunub. Ana haşiyədəki mo­tiv­lərin rəngi bala haşiyədəki
motivlərdə də təkrarlanır.
Daxili bala haşiyə daxildən ağ rəngli diliklərlə, xarici bala haşiyə isə xaricdən sarı
rəngli “siçandişi”lərlə tamamlanır.
Xalça çoxsaylı rəng çalarlarına malikdir.
Xalçanın xovu, ərişi yun, arğacı isə pambıqdandır. Saxlanma vəziy­yəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,34,35,36,37,38,39,40,41,42,43 45,46,47,48,49,50,51,52,53,54,...76