3
üçün Şirvanda təşəkkül tapmış hər üç qrupun həmümu-
mi tarixi kökləri, həm də müstəqil istiqamət kimi ayrıl-
ması zəmini aydın olmalıdır. Əslində, Şirvanın tarixinin
özü bu məsələyə tam aydınlıq gətirir. Şirvan xanlıqlar
dövrünədək, demək olar ki, ümumi tarixi inkişaf yolu
keçir. Xanlıqların meydana gəlməsi tarixi şəraiti və xan-
lıqlar dövrü özü Şirvan daxilində Şamaxı ilə birgə, Quba
və Bakı xanlıqlarının ayrılmasını şərtləndirir. Beləliklə,
Şirvanın ümumi tarixi ənənələrinə söykənən və yeni
ta­rixi şəraitdə inkişaf edən müstəqil siyasi qurumların
təsərrüfat-iqtisadi həyatında da özünəməxsusluqlar ya-
ranır. Belə olduğu halda Şirvanda təşəkkül tapmış xalça-
çılıq qruplarında həm ümumi Şirvan adının saxlanması,
həm də tarixi Şirvanın Bakı və Quba kimi bölgələrinin
ayrıca verilməsi ziddiyyət təşkil edir. Bu problemi həll
etmək üçün: 1. Şirvanın xanlıqlaradək tarixi ümumi şə­
kildə nəzərdən keçirilir; 2. Şirvan xalçaçılıq qrupu Şir-
van (Şamaxı) xalçaçılıq qrupu kimi ifadə edilir. Bununla
da, tarixi Şirvan bölgəsində təşəkkül tapmış xalçaçılıq
qruplarının həm ümumi kökləri, həm də xüsusi məktəb
kimi yeri müəyyənləşdirilmiş olur.
İsmayıllı rayonundan görünüş.
1,2,3,4 6,7,8,9,10,11,12,13,14,15,...76