11
Azərbaycan xalçaları / şİRVAN QRUPU
Şirvanda dekorativ-tətbiqi sənətlər sahəsində də yeni
nailiyyətlər əldə edildi. Onların sırasında xalçaçılıq mü­
hüm yer tuturdu. Şirvanda müxtəlif xovlu və xovsuz
xalçalar toxunurdu. XIII – XIV əsrlərə aid bir xalça İs­
tanbulda Türk islam əsərləri muzeyində saxlanılır.
Şirvanşah Dərbəndilər (1382 – 1538).
Dərbəndilər süla­
ləsinin banisi I İbrahim (1382 – 1417) görkəmli dövlət
xadimi idi. O, Şirvanı dağıdıcı müharibələrdən qorumaq
üçün Teymurla (1370 – 1405) əlverişli münasibətlər qur­
mağa nail oldu, onun ölümündən sonra isə müs­tə­qil
si­yasət yeritdi. Şirvanşah İbrahim Azərbaycanı bir­ləş­
dirməyə cəhd göstərmişdir. O, Təbrizdə baş verən üs­
yandan istifadə edərək şəhəri (1406) tutdu.
I İbrahimlə digər Azərbaycan dövləti – Qaraqoyunlular
(1410 – 1468) arasında rəqabət var idi. Şəki hakimi və
Kaxeti çarlığı ilə ittifaq yaradan I İbrahimlə Qara Yusif
(1410 – 1420) arasında döyüş (1412) baş verdi. Döyüş
Qara Yusifin qələbəsi ilə başa çatdı (Xəritə 1.).
I İbrahimin oğlu I Xəlilüllah (1417 – 1462) Qaraqo­
yun­lulara tabe olmaq istəmədiyinə görə Teymurilərlə
yaxınlaşdı. Bu, Şirvanla Qaraqoyunlular arasındakı mü­
na­sibətləri yenidən kəskinləşdirdi.
Siyasi hakimiyyət uğrunda mübarizəyə qoşulan Səfə­
vilər də Şirvanşahlara düşmən münasibət bəsləyirdi.
Sə­fəvi Şeyx Cüneydin Şirvana hücumu onun ölümü ilə
nəticələndi.
Şirvanşahların Qaraqoyunluları əvəz edən Ağqoyun­
lu dövləti ilə (1468 – 1501) münasibətləri daha yaxşı idi.
Ağqoyunlu hökmdarı Sultan Yaqub (1478 – 1490) qayı­
natası Şirvanşah Fərrux Yasarın (1462 – 1500) Səfəvi Şeyx
Heydərlə mübarizəsinə kömək göstərmişdir. Şeyx Hey­
dər Təbərsəran döyüşündə öldürülmüşdür.
Şirvanşahlarla Səfəvilər arasındakı ziddiyyət gənc İs­
mayıl tərəfindən davam etdirilmişdir. İsmayıl 1500-cü
ildə Şirvana yürüş təşkil etdi. Bu yürüş Şirvan üzərində
qələbə ilə nəticələndi. Ağqoyunlu Əlvəndə Mirzə (1499
– 1501) üzərində Şərur döyüşündə qalib gələn İsmayıl
Təbrizə daxil oldu, özünü şah elan etdi (1501 – 1524) və
Səfəvilər dövlətinin (1501 – 1736) əsasını qoydu. Şah İs­
mayılın oğlu I Təhmasib (1524 – 1576) Şirvanda baş ve­
rən Qələndər üsyanından istifadə edərək 1538-ci ildə
Şirvanşahlar dövlətinin varlığına son qoydu. Şirvanda
dövlətçiliyi bərpa etmək cəhdləri uğursuz oldu.
Şirvanşah Dərbəndilər dövründə də burada mədə­niy­
yət və incəsənət sahəsində mühüm hadisələr baş ver­di.
XV əsrdə İçərişəhərdə dünya memarlığının nadir inci­
lərindən olan Şirvanşahlar saray kompleksi tikildi.
Şirvan bəylərbəyiliyi.
Şirvanşahlar dövləti süqut etdik­
dən sonra (1538) Səfəvilər dövləti tərkibində Şirvan bəy­
lərbəyiliyi təşkil edildi. İlk bəylərbəyi I Təhmasibin qar­
daşı Əlqas Mirzə olmuşdur.
Şirvanın ən məşhur bəylərbəyi ustaclı tayfasından
olan Abdulla xan Ustaclı (1549 – 1566) idi. Abdulla xanın
döv­ründə Şirvanın iqtisadi-təsərrüfat həyatı inkişaf et­
mişdir, bəylərbəyi də dövlətdə nüfuzlu yer tuturdu. Şir­
van bəylərbəyiliyi uğrunda mübarizə Səfəvi-Osmanlı
mü­haribələri zamanı (1575 – 1590 və s.) əsas yerlərdən
bi­rini tuturdu. Osmanlı ordusu 1578-ci ildə Şirvanı tutsa
da, 1581-ci ildə Şirvan Səfəvilər tərəfindən geri qaytarı­
lır. Lakin osmanlılar 1585-ci ildə Şirvanı yenidən tutur
və 1607-ci ilədək əldə saxlaya bilirlər. Şirvan yalnız Şah
Abbas tərəfindən (1587 – 1629) azad olunur.
XVII əsrin sonları – XVIII əsrin əvvəllərində Səfəvi döv­
lətinin zəifləməsi Şirvanda siyasi fəallığın yüksəlməsinə
Şirvanşah I Xəlilullahın adından
Şamaxıda kəsilmiş sikkə.
Xurcunüzü. Yun. Xovsuz. XVIII əsr.
Şirvan qrupu. Azərbaycan.
1...,3,4,5,6,7,8,9,10,11,12 14,15,16,17,18,19,20,21,22,23,...76