7
Azərbaycan xalçaları / şİRVAN QRUPU
Şirvan tarixinin
min illik bir dövrü
Şirvanşahlarla
bağlı olmuşdur.
Şirvanşahlar hakim
sülalə ilə birgə,
dövlətin adını da
bildirmişdir.
İnsan formalı saxsı qab.
Sasanilər Şirvan ərazisində mövqelərini möhkəmləndirmək üçün imperiyanın
digər yerlərindən buraya əhali köçürürdülər. Onların içərisində yəhudilər və tat ad­
landırılan digər əhali qrupu da var idi.
Sasanilər zərdüştiliyin yayılmasına da cəhd edirdilər. Məşhur Suraxanı atəş­gə­
dəsinin (XVIII əsr) qədim atəşpərəstlik məbədinin yerində tikildiyi bildirilir.
Şirvanşahlar və onların hakimiyyətinin dövrləşdirilməsi haqqında.
Şirvan tarixinin min
illik bir dövrü Şirvanşahlarla bağlı olmuşdur. Şirvanşahlar hakim sülalə ilə bir­gə,
dövlətin adını da bildirmişdir. Şirvanşahların tarixində dörd dövr ayrılır. Bi­rinci
dövr ilk şirvanşahlar hesab olunur. İkinci dövr Məzyədilər, üçüncü dövr Kəs­ranilər
(Kəs­ranilərin ayrıca sülalə olmadığı qeyd edilir), nəhayət, dördüncü dövr Dər­bən­
dilər adlandırılır.
İlk Şirvanşahlar.
Bu qurumun VI əsrin I yarısında yarandığı bildirilir. İlk şirvan­
şahların şəxsiyyəti, hakimiyyət dövrü haqqındaməlumat azdır. OnlarAzərbaycanda
ərəb işğalları və burada Xilafət hakimiyyətinin möhkəmlənməsinə qədər hökm
sürmüşdürlər. Bununla da Şirvanın tarixində böyük bir dövr – islamaqədərki dövr
başa çatmışdır.
Bu dövrdə Şirvanda mədəniyyət və incəsənətin inkişafında Qobustandan üzü bəri
gələn ənənələr davam etdirilməklə yanaşı, mühüm yeniliklər də baş verir. Eranın
əvvəllərində meydana gələn daş insan heykəlləri buna nümunə ola bilər. Mərasim
heykəlciklərindən fərqli olaraq, yeni tipli monumental heykəltəraşlığın təşəkkül
tapması bədii təfəkkürün inkişaf göstəricisi idi. Lakin Albaniyada IV əsrdə rəsmi
dövlət dininə çevrilən xristianlığın bütpərəstliyə qarşı mübarizəsi ilə monumental
heykəltəraşlığın inkişafı ləngiyir.
Ərəb Xilafətinin işğalları.
Güclü Ərəb Xilafətinin yaranması ilə geniş işğalçılıq mü­
haribələri başlayır. Xilafətin əsas zərbə istiqamətlərindən biri Sasanilərə qarşı yö­
nəlmişdi. Ərəblər 637-ci ildə Ktesifon döyüşündə Sasanilər üzərində qələbə qa­zan­
mışdır. 642-ci ildə baş verən Nəhavənd döyüşündə Sasanilər məğlub olmuşdur.
Azər­baycanı (Cənub) özünə tabe edən ərəblər Xəzər sahili ilə Şirvan vasitəsilə Bab-
əl-Əbvaba (Dərbəndə) doğru yürüşə başladılar. Məhz bu yürüşlərin gedişi zamanı
642/3-cü ildə Şirvan işğal edilmişdir. Xəlifə Ömərin (634 – 644) ölümündən sonra
ya­ranan əlverişli vəziyyətdən istifadə edən Şirvan da Xilafətin hakimiyyətindən çıx­
mağa nail olur. Yeni hakimiyyətə gəlmiş xəlifə Osman (644 – 656) yeni yürüşlər təşkil
edir. Şirvan və Dərbənd də itaətə gətirilir. Bu dövrdə ərəblərlə Dərbənddən şi­malda
yerləşən xəzərlər arasında uzunmüddətli və dağıdıcı müharibələr şid­dətlənir.
Ərəb Xilafəti ilk vaxtlar Şirvanda yerli hakimlərin hakimiyyətini saxlamışdı. La­kin
burada möhkəmləndikdən sonra onların hakimiyyətini ləğv edib, ərəb hakimləri ilə
əvəz etdilər. 797 – 98-ci illərdə Şrvanı əş-Şamax ibn Şüca idarə etmişdir. 799 – 801-ci
illərdə isə hakim Yəzid ibn Məzyəd əş-Şeybani olmuşdur. Xəlifə Mütəvəkkilin (847
– 861) ölümündən sonra Yəzidin nəvəsi, Şirvan hakimi Heysəm 861-ci ildə müs­
təqilliyini elan etdi.
1,2,3,4,5,6,7,8 10,11,12,13,14,15,16,17,18,19,...76