4
Şirvanın tarixi-coğrafi ərazisi.
Şirvanın ərazisi, tarixən müəyyən də­yişikliklərə uğrasa da, onun
əsas hissəsi sabit olmuşdur. Şirvan tarixi­nin görkəmli tədqiqatçısı A. A. Bakıxanov “Gülüstani-
İrəm” əsərində (1841) Şirvanın ərazisindən bəhs edə­rək yazırdı: “Şirvan məmləkəti Səl­yan,
Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kü­rə, Samur nahiyəsi və İli­sunun aşağı bir qismindən
ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir”. Bu baxışdan çıxış edərək,
həmin ərazinin müxtəlif tarixi dövr­lərdəki vəziyyətini nəzərdən keçirək.
Arxeoloji dövrlər.
Bu ərazilər Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Bunların
içərisində nəinki Azərbaycan, eləcə də dünya tarixinin nadir incilərindən olan Qobustan xüsusi
yer tutur. Mezolit dövrünə (e. ə. XII – X minilliklər) aid olan Qobustan qayaüstü təsvirlər
(petroqliflər) və yaşayış məskənlərinin birgə mövcud olduğu unikal abidədir. Qobustanda digər
arxeoloji dövrlərə, o cümlədən tunc dövrünə aid tapıntılar da aşkar edilmişdir.
Əlverişli coğrafi ərazi və təbii şərait Şir­va­nın qə­dim ərazisində insanların sayının art­masına,
onla­rın sosial-iqtisadi və siyasi cə­hət­dən təş­
kilatlanması­na səbəb olmuşdur. Bur­ada ya­
şayış məskənlərinin ge­niş şəbəkəsi ya­ranmış,
tədricən kəndlə birgə, ilk şəhərlər də meydana
gəlməyə başlamışdır. Ar­xe­oloji qazıntılar nə­
ticəsində müəyyən edilmişdir ki, tarixi Şir­van
ərazisində sonralar böyük rol oy­namış Qə­bə­
lə, Dərbənd, Bakı, Şamaxı və b. şə­hərlər qə­dim
yaşayış məskənləri olmuşdur.
Arxeoloji tədqiqatlar Şirvanın zəngin mə­
də­ni irsə malik olduğunu aşkar etmişdir. Ən
qə­dim mə­dəniyyət nümunələri Qobustan və
Ab­şe­ronun digər yerlərində tapılmış qaya­
üs­tü təs­vir­­lərdir. Qo­­bustan, ümumiyyətlə,
dün­ya miq­ya­sında in­cə­­sənətin inkişafının
əsas dövr­lə­rinin mü­əy­yən­­ləş­di­rilməsi baxı­
mın­dan da əhə­miy­yət­li­dir. Bu­ra­da dörd min­
dən çox qayaüstü təsvir mü­əyyən­ləş­diril­miş­
dir. Qobustan qayaüstü təsvirləri üç qrupa
Tarixi Ağsu şəhərinin xarabalıqları.
XVIII əsr.
Qayaüstü təsvirlər. Qobustan Dövlət Tarix və Bədii Qoruğu.
E. ə. XII
X minillik.
Qadın fiquru.
İsmayıllı. Mollaisaqlı.
E. ə. III
I əsrlər.
1,2,3,4,5 7,8,9,10,11,12,13,14,15,16,...76