6
Şirvan adının meydana gəlməsi və etimologiyası haqqında.
Nəzərdən keçirilən əra­
zinin Şirvan adını almasını, onun tarixində xüsusi hadisə kimi ayırmaq olar. La­
kin bunun kon­kret olaraq nə vaxt baş verdiyini dəqiq müəyyən etmək çətindir.
Belə güman edilir ki, bu, Sasanilər dövrü ilə bağlıdır (Sasanilərdən əvvəl mövcud
olması haqqında da fikirlər var­dır).
Sasanilər dövlətinin əsası Ərdəşir Sasan (224 – 241) tərəfindən qoyulmuşdur.
S. Aşurbəyli İbn Xordadbehin (IX əsr) Ərdəşirin vilayət hakiminə bəxş etdiyi
şi­riyanşah (variantı şiran) titulunu göstərdiyini qeyd edir. Şirvan yer adına bir
sı­ra yerlərdə də (Türkiyə, Şimali İraq və b.) rast gəlmək mümkündür. Bu adın
eti­mologiyası haqqında vahid fikir yoxdur. Bu barədəki mülahizələr ümu­mi­
ləşdirildikdən sonra “Azərbaycan toponimləri” ensiklopedik lüğətində qeyd edi­
lir ki, “Şirvan toponimi şir, yaxud şar (toponimik mənbələrdə Şarvan, Şaran va­
riantı da var) tayfasının adı ilə bağlıdır; van komponenti isə məskən mənasını bil­
dirən sonluqdur. Toponimin “şirlər məskəni, şirlər diyarı” kimi yozulması və ya
Sasani hökmdarı Ənuşirəvanın adı ilə əlaqələndirilməsi xalq etimologiyasıdır”.
Sasani dövrü.
İkinci Sasani hökmdarı Şapurun dövründə (241 – 272) Albaniya, o
cüm­lədən Şirvan ərazisi də bu dövlətin nüfuz dairəsinə daxil edilmişdir. Sasanilər
Atro­pa­tenadan fərqli olaraq, Albaniyada çar hakimiyyətini ləğv etmədilər. Bunun
əsas sə­bəblərindən biri Şirvanın hərbi-strateji əhəmiyyəti ilə bağlı idi. Şirvanın
ərazisində türk tayfalarından (xəzərlər, sabirlər və b.) ibarət geniş əhali kütləsi
var idi.
Sasanilər şimaldan hücumların qarşısının alınmasında yerli hakimlərə mü­hüm
önəm verirdilər. Bununla birgə, Şirvanda müdafiə istehkamlarının yaradılma­sı­
na da xüsusi diqqət yetirilirdi. Sasanilər Beşbarmaq, Gilgilçay və Dərbənd qa­
lasından ibarət müdafiə sistemi tikmişdilər. Bu müdafiə sistemində Çıraqqala (V
– VI əsrlər) mühüm yer tuturdu.
“Toponimin “şirlər
məskəni, şirlər diyarı”
kimi yozulması və
ya Sasani hökmdarı
Ənuşirəvanın adı ilə
əlaqələndirilməsi xalq
etimologiyasıdır”.
Gülüstan qalası. Şamaxı. XIII əsr.
Gülüstan qalası. Saxsı qab. Şamaxı.
1,2,3,4,5,6,7 9,10,11,12,13,14,15,16,17,18,...76