13
Şirvan (Şamaxı) xanlığı.
Azər­baycanın digər xanlıqları ki­mi Şamaxı xan­lığının
tarixi də si­­yasi mübarizə ilə zəngin ol­muşdur. A. A. Bakıxanov ya­zır­dı ki,
Şamaxı əhalisi sur­sat təh­vildarı olan Hacı Mə­həm­mə­dəli Sufi Nə­bi oğlu Zər­
nə­va­ini hökumətə keçirdi. Xan­ço­banı tayfasından olan Əs­gər bəy Allahverdi
bəy oğ­lu Sər­ka­rın oğlanları Şirvan ela­­tı ara­sın­da hakimiyyət bay­ra­ğı qal­dır­
dılar. 1749-cu ildə Əhməd xan Şahsevən xanlığa hücum et­di, lakin Şəki və Qa­
rabağ xan­lıq­la­rının köməyi ilə məğ­lub ol­du. 1755-ci ildə Şəki xanı Hacı Çə­ləbi
Ağsunu (Yeni Şamaxını) mü­hasirəyə aldı. Xanlıq Quba xanı Hü­seynəli xa­nın
köməyi ilə mü­dafiə olu­na bildi. 1765-ci il­­də Ağası və Məhəmməd Səid qar­
daşları Yeni Şamaxını tutub, xan­lıqda ikihakimiyyətliliyə son qoy­dular. 1768-
ci ildə isə Quba xanı Fətəli xan (1758 – 1789) Şa­ma­xı xanlığını tutdu. Fətəli
xa­nın ölümündən sonra Şamaxı xan­lığında hakimiyyət uğrunda mü­bari­zə
başladı. 1792-ci ildə sonuncu Şamaxı xanı Mustafa xan hakimiyyətə gəldi.
XVIII əsrin sonları – XIX əsrin əvvəllərində Rusiya imperiyası Şimali
Azərbaycanda işğalçılıq planlarını həyata keçirməyə başladı. 1803-cü ildə
Car-Ba­la­kən, 1804-cü ildə Gəncə xan­lığı işğal edildi. 1805-ci ilin ma­yında
isə Qarabağ və Şə­ki xan­lıqları ilə Kürəkçayda mü­qa­vilə bağlandı. 1805-ci il
de­kabrın 27-də Şamaxı xanlığı ilə də müqavilə bağlayan Rusiya imperiyası,
faktik olaraq xan­lığı ilhaq etdi.
Şamaxı xanlığı Rusiya impe­ri­yası tərkibində.
Çar Rusiyası İran­la Gülüstan
traktatından (1813) sonra müqavilə ilə ilhaq edil­miş Şimali Azərbaycan xan­lıq­
la­rını da ləğv etməyə baş­ladı.
1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan, 1822-ci il­də isə Qarabağ
xanlıqları ləğv edi­lib, əyalətə çevrildi. Onlar mər­kəzi Şuşa şəhəri olan Hər­bi
müsəlman dairəsinə daxil edil­di. 1840-cı il 10 aprel “Za­qaf­qa­ziya diyarının
idarəsi üçün tə­sisatlar” qanunu üzrə Şir­van əya­ləti mərkəzi Şamaxı şə­­həri
olan Kaspi vilayətinə da­xil ol­du. 1846-cı il 14 dekabr fər­manı ilə quberniya
– qəza sis­temi tət­biq edildi. Şamaxı qə­­zası mər­kə­zi Şamaxı şəhə­ri olan eyni
ad­lı quberniya­ya da­xil olun­
du. 1859-cu il zəl­zə­ləsin­dən
son­ra quberniya mər­kəzi Ba­
kı­ya kö­çürüldü (Xəritə 2.). Şa­
ma­xı­dakı 1902-ci il zəlzələsi də
şə­hərə böyük dağıntı gətirdi.
La­kin şəhər bərpa olunmaqla
bə­­rabər görülən işlər, qəzanın
in­kişafına da müsbət təsiri­ni
da­­vam etdirdi, Azərbayca­nın
elm, ədəbiyyat, mədəniyyət
və in­cə­sənətini yeni tarixi şəx­
siy­yət­lər­lə (S. Ə. Şirvani, M. Ə.
Sa­bir, A. Səh­hət və b.) zən­gin­
ləş­dir­di.
1918-ci il soyqırımı.
1917-ci
ilin fevralında Rusiyada çar ha­
ki­­miyyəti devrildi, Mü­vəq­qə­
ti hökumət quruldu. La­kin az
müddət sonra, 1917-ci ilin okt­
yabrında Müvəqqəti hö­ku­mət
də yıxıldı, bolşeviklər ha­ki­
miyyətə gəldi. Bakıda so­vet ha­
kimiyyətinin elan edil­mə­sinə
nail olan bolşevik-daşnak gü­
ru­hu ha­kimiyyətini möh­kəm­
lən­dirmək üçün Azər­baycan
xal­qı­na qarşı soyqırım törətdi.
Ən qan­­lı qırğınlardan biri
1918-ci ilin martında Şamaxıda
baş verdi. Şamaxı qəzasının
120 azərbaycanlı kəndindən
86-sında er­mənilər soyqırım
həyata ke­çirmişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti
(1918 – 1920).
1918-ci il mart
Şamaxı qəzası (XIX əsrin II yarısı
XX əsrin əvvəlləri).
Xəritə 2.
Qaynaq: Azərbaycan tarixi atlası, s. 44
Xalça fraqmenti. Yun. Xovlu.
XVIIIəsr. Şirvan qrupu.
Azərbaycan.
Viktoriya və Albert
muzeyi. London.
Azərbaycan xalçaları / şİRVAN QRUPU
1...,5,6,7,8,9,10,11,12,13,14 16,17,18,19,20,21,22,23,24,25,...76