10
Batı xanın yaratdığı Qızıl Orda ilə Hülakular arasındakı
toqquşmalar Şirvana ağır zərbə vur­du. XIV əsrin 40 – 70-ci
illərində Şirvanda müxtəlif siyasi qüv­vələrin (Çobanilər, Qızıl
Orda, Cəlairilər) üstünlük uğrunda mübarizəsi kəskinləşir.
Şirvanşahlar dəyişən siyasi şəraitə baxmayaraq, hakimiy­
yətlərini saxlamağa nail olurdular. Lakin bu da həmişə uğur­
lu olmurdu. Bu, özünü sonuncu “Kəsrani” hökmdarı Hu­şəng
zamanı (1372/73 – 1382) göstərdi. Baş verən üsyan nəti­cə­
sində o öldürüldü, Dərbəndilər sülaləsinin banisi I İb­rahim
hakimiyyətə gəldi.
Nəzərdən keçirilən dövrün müəyyən bir hissəsində, xüsu­
silə XI – XIII əsrlərin birinci dövründə Azərbaycan, o cümlə­
dən Şirvanın mədəniyyət və incəsənəti böyük nailiyyət­lər­lə
əlamətdar oldu. Şirvan hökmdarları III Mənuçöhr və I Ax­
sitan iqtisadi inkişafa mühüm önəm verməklə bərabər, mə­
dəniyyətin hamisi kimi də çıxış edirdilər. Bu dövrdə Əbülüla
Gəncəvinin (1096 – 1159) başçılığı ilə Azərbaycan poeziya
məktəbi yaranmışdır. İzzəddin Şirvani, Fələki Şirvani (1108
– 1145), Xaqani Şirvani (1121/2 – 1199) və b.-nın yaradıcılığı
bu məktəbin görkəmli nümunələrini təşkil edir. Şeyx Nizami
Gəncəvinin (1141 – 1209) əsərləri isəAzərbaycan poeziyasının
zirvəsini təşkil edirdi.
Şirvanda poeziya ilə birgə hüquq, astronomiya və digər sa­
hələrdə də görkəmli tarixi şəxsiyyətlər yetişmişdir.
Memarlıq və şəhərsalmanın inkişafı dövrün əsas əlamət­
lə­rindən idi. Bu dövrdə Azərbaycan memarlığının inciləri
Mə­həmməd məscidi (Sınıqqala, 1078, Məhəmməd Əbu­bəkr
oğlu), Qız qalası (Məsud Davud oğlu) və b. abidələr tikildi
və ya tikintisi davam etdirildi. “Bayıl qəsri” iqamətgahının
tikilməsi də əhəmiyyətli hadisə idi. Bakı ilə bərabər, Ab­
şeronda da qalalar və digər müdafiə qurğuları (Mər­dəkan
qalaları və b.) inşa olundu.
Şirvanda müxtəlif
xovlu və xovsuz xalçalar
toxunurdu. XIII – XIV
əsrlərə aid bir xalça
İstanbulda Türk islam
əsərləri muzeyində
saxlanılır.
Xaqani Şirvani (1126
1199).
Şah Məscidi.
Şirvanşahlar sarayı. XV əsr.
1...,2,3,4,5,6,7,8,9,10,11 13,14,15,16,17,18,19,20,21,22,...76