12
səbəb olur. Şamaxı Səfəvilərə qarşı mübarizənin mərkəzinə
çevrilir. Qubanın Müşkür mahalından olan Hacı Davudun
rəhbərliyi ilə üsyan baş verir. 1721-ci ilin avqustunda Hacı
Davud Qazıqumuqlu Surxay xanla birlikdə Şamaxını tutur.
Burada yeni dövlət qurumu – xanlıq yaradılır.
Şamaxı xanlığı (1721 – 1735).
Xanlıq yaranan kimi ciddi
siyasi mübarizəyə cəlb edildi. Rusiya çarı I Pyotr (1689 –
1725) Şamaxıda rus tacirlərinə ziyan vurulmasını bəhanə
edə­rək, Şərqə işğalçı yürüşünü sürətləndirdi. Hacı Davud
kömək üçün Osmanlı dövlətinə müraciət etdi. İstanbula
də­vət olunan Hacı Davudla aparılan danışıqlar onun ha­
kimiyyətinin tanınması ilə nəticələndi. Sultanın müvafiq
fər­manı ilə birgə, Şamaxının müdafiəsi üçün qoşun da gön­
dərildi. Bu vəziyyətlə razılaşmayan Surxay xan Şa­ma­xını
tərk etdi.
I Pyotrun yürüşü. Şirvanın bölüşdürülməsi.
Rusiya çarı si­
yasi vəziyyətin dəyişdiyini görərək, işğalçı yürüşə baş­la­
mağı qərara aldı. Yürüşə haqq qazandırmaq məqsədi ilə
“Manifest” elan etdi. 1722-ci ildə rus qoşunları Dərbən­də
daxil oldu. Lakin I Pyotr tezliklə Rusiyaya qayıtdı. Qo­şun
isə işğalçı yürüşü da­vam et­dirməli idi. Səfəvilər döv­lə­ti
əfqanların hücumu ilə də­rin böh­ran keçirdiyindən, Ru­si­
yaya mü­qavimət göstərmək ha­
lında de­yildi. Ona görə də Ru­si­ya
ilə danışıqlara üstünlük ve­ril­di.
Sə­­fəvi elçisi İsmayıl bəy da­nışıq­lar
aparmalı idi.
Osmanlı dövləti isə Rusiyaya qar­
şı hərbi qüvvə ilə çıxmağa üs­tün­­lük
verdi. Rusiya işğalçı­lıq fə­­aliyyətini
genişləndirdi. 1723-cü il iyulun
27-də Bakı tu­tul­­du. Sent­yabrın 12-
də isə iş­ğal­­çılıq plan­larına qanuni
don ge­­yin­dir­mək məq­sə­dilə Pe­ter­
burq­dakı İran el­çisi İs­ma­yıl bəylə
mü­­qavilə im­zaladı. Sə­fəvi dövləti
hə­min mü­qaviləni ta­nımaqdan im­
tina et­miş­dir.
I Pyotr Osmanlı dövləti ilə zid­
diyyətlərin müharibəyə çevril­
mə­­sini istəmirdi. Ona görə də
Os­­manlı dövləti ilə də müqavilə
bağ­­lamağa çalışırdı. Belə bir mü­
qavilə 1724-cü il iyulun 12-də İs­
tanbulda imzalandı, nəticədə Şir­
van bölüşdürülmüş oldu.
Os­manlı dövləti onun haki­miy­
yətinə keçən torpaqlarda möv­
qe­lərini möhkəmləndirməyə ça­
lı­şırdı. Bu baxımdan Hacı Da­vu­
dun müstəqil siyasət yeritmək
cəhd­­ləri onu təmin etmirdi. Bu­
nun üçün Hacı Davud 1728-ci il­
də hakimiyyətdən uzaqlaşdırıldı,
onun yerinə Surxay xan təyin
edil­di. Rusiya da öz növbəsin­
də iş­ğal zonasında olan Şirvan
tor­paq­larında möhkəmlənməyə
ça­­lışırdı. I Pyotr bu siyasətini hə­
yata keçirmək üçün er­mə­ni­lə­rin
buraya kö­çürülməsinə çalışır­dı.
Çarın 1724-cü il noyabr fərmanı ilə
ermənilərin Xəzərsahi­li torpaqlara
köçürülməsinə baş­lanıldı.
Səfəvilər
dövlətində
faktik
hakimiyyətə malik olan Na­dir Qulu xan Əfşar mövcud
vəziyyəti dəyişə bildi. Rusiya ilə bağlanan Rəşt (1732)
və Gəncə (1735) müqavilələri ilə onu regiondan çıxardı.
Osmanlı dövləti ilə müharibədə əl­də olunan qələbələr onun
da uzaqlaşdırılması ilə nə­ti­cələndi. Beləliklə, Azərbaycan
torpaqlarının, eləcə də Şir­va­nın bölüşdürülməsinə son
qoyuldu. Nadir Qulu xan qə­ləbələrinin nəticəsi olaraq, real
hakimiyyətini bərqərar et­mək qərarına gəldi və 1736-cı ildə
özünü şah elan et­di. Nadir şah Səfəvilər dövrü inzibati-
ərazi bölgüsünü ləğv etdi, İrəvandan Dərbəndə qədər olan
torpaqlarda Azər­baycan vilayəti təşkil olundu. Nadirin
siyasətindən na­ra­­zılıq onun öldürülməsi ilə nəticələndi.
Bu sui-qəsddən son­ra imperiya dağıldı, Azərbaycanda
müstəqil dövlətlər – xan­lıqlar yarandı.
Şirvan ərazisində yaranan xanlıqlar.
Tarixi Şirvan ərazisi də
xanlıqyaranma prosesi ilə əhatə olundu. Burada beş xan­
lıq: Şamaxı, Quba, Bakı, Dərbənd və Şəki xanlıqları təşək­
kül tap­dı. Yuxarıda qeyd edilən vəzifəyə uyğun olaraq bu
vaxtdan etibarən, bilavasitə, Şi­r­van (Şamaxı) xanlığından
bəhs edilir.
Şirvanşahlar dövləti. XV əsr.
Qaynaq: Azərbaycan tarixi atlası. Bakı, 2007, s. 26
Xəritə 1.
1...,4,5,6,7,8,9,10,11,12,13 15,16,17,18,19,20,21,22,23,24,...76