8
Ərəb Xilafətinin hakimiyyətinin bərqərar edilməsi ilə bütün Azər­baycanda
olduğu kimi, Şirvanda da islam dini yayılır. Xilafətin siyasəti nə­ticəsində
təsərrüfat həyatı canlanır, sənətkarlıq və ticarət genişlənir, şəhərlər inkişaf edir.
Beləliklə, Şirvanşahların tarixində ikinci dövr – Məzyədilər dövrü başlayır.
Şirvanşah Məzyədilər (861 – 1027).
Azərbaycanda Babəkin başçılığı ilə azadlıq
hərəkatı (816 – 837), hakimiyyət uğrunda mübarizə və digər amillər nəticəsində
Ərəb Xilafəti zəiflədi. Bundan istifadə edən yerli hakimlər müstəqilliyə nail
olmağa çalışırdı. Şirvanşah Məzyədilər də belə bir şəraitdə müstəqilliyə nail
olmuşdur. Az bir müddət sonra isə Azərbaycanın cənubunda daha bir dövlət
– Sacilər dövləti (879 – 941) yaranmışdır. Sacilər dövlətini Salarilər dövləti (941
– 981) əvəz etmişdir. Salarilər dövlətinin parçalanması nəticəsində Şəddadilər
(971 – 1075) və Rəvvadilər dövləti meydana gəlmişdir.
Şirvanşahlarmüstəqil dövlətin atributu kimi öz adlarından sikkə zərb edirdilər.
Məzyədilərin hakimiyyəti dövründə Haşimilər sülaləsinin idarə et­di­yi
Dərbəndin ələ keçirilməsi uğrunda mübarizə başladı. Məhəm­məd ibn Yəzidin
dövründə (881 – 912) Xursan və Dərbən tutuldu. Təbərsəran da Şirvanın
tərkibinə daxil edildi. Bərdə, Qəbələ və b. şəhərlər də Şir­vana tabe oldu. Sacilər,
sonra isə Salarilər müəyyən dövrdə Şirvanın vassal asılılığına nail ola bilmişdir.
Ərəb ağalığından sonra Şirvanşah Məzyədilər dövlətinin meydana gəlməsi burada şəhərlərin və ticarətin inkişafına,
mədəni həyatın tə­rəq­qisinə təkan verdi.
Şirvanşah Kəsranilər (1027 – 1382, Kəsranilər adı şərti olaraq saxlanılır).
Bu dövrün başlanması
I Mənuçöhrün hakimiyyəti ilə (1027 – 1034) eyni vaxta düşür. O, hakimiyyətinin ilk
vaxtlarından xarici hücumları dəf etməli oldu. Slavyanlar 1030-cu ildə hücum edib
Şirvanşahı məğlub etsələr də, bir il sonra Bakı yaxınlığındakı döyüşdə qələbə əldə olundu.
1032-ci ildə sərir və alanlar Şirvana hücum etdilər.
Səlcuq dövlətinin (1038 – 1157) meydana gəlməsi ilə Azərbaycan torpaqlarına, o
cümlədən Şirvana Səlcuq yürüşləri genişləndi. XI əsrin 30-cu illərində oğuzlar Şirvana da
gəldilər. Əsas yürüşlər isə Şirvanşah I Fəribürzun dövründə (1063 – 1096) baş verdi. 1066-
cı ildə oğuzlar Şir­vana yürüş etdilər. I Fəribürz təzminat müqabilində yeni yürüşlərin
qarşısını ala bildi.
I Fəribürzün hakimiyyətinin son dövrlərində Şirvanın siyasi möv­qeyi gücləndi. Siyasi
yüksəliş XIII əsrin 20-ci illərindəki
monqol işğal­larınadək davam etdi. Bu
dövrdə Şirvan – Gürcüstan münasibətləri
genişlənir. Gürcüstan hakimləri IV David
(1089 – 1125) və oğlu I Demetre (1125 –
1156) fürsətdən istifadə edərək, Şirvan
torpaqlarına dağıdıcı hücumlar təşkil
edirdi. Bu dövrdə hakimiyyətə gələn
III Mənuçöhr (1120 – 1159) gürcülərlə
yaxınlaşmağa başlayır. Bu siyasət Şirvan-şahla səlcuqlar arasındakı
münasibəti kəskinləşdirdi və səlcuqlar 1123-cü ildə Şirvana hücum etdilər.
III Mənuçöhr sultana bac verməkdən imtina etdiyinə görə həbs edildi. IV
David Şirvanın ağır siyasi durumundan istifadə edərək yeni yürüş təşkil
etdi, lakin az müddət sonra öldü. III Mənuçöhr hakimiyyətini bərpa etdi.
Bütövlükdə, Şirvan – Gürcüstanmünasibətləri dövlətlərarası münasibətlər
xarakteri daşımışdır.
1136-cı ildə Şirvanşahlarla eyni zamanda, Azərbaycanın cənubun­da
Atabəylər dövləti yaranmışdır. İlk vaxtlar Şirvan – Atabəylər münasibəti
kəskin olmuşdur. III Mənuçöhrün ölümündən sonra Eldəgizlərin kö­
məyilə hakimiyyətə gələn I Axsitan zamanı (1160 – 1196/97) vəziyyət
dəyişdi. Onun zamanında Şirvanda baş verən sosial-iqtisadi və siyasi
yüksəlişə 1192-ci il Şamaxı zəlzələsi ilə ağır zərbə vuruldu. Mərkəz Ba­kıya
köçürüldü.
Şirvanşahlar dövləti tam özünə gəlməmiş yeni bir təhlükə – monqol
hücumları ilə üz-üzə qaldı. 1220-ci ildə baş verən monqol yürüşləri za­
manı Şamaxı dağıdıldı.
Monqolların birinci yürüşdən sonra Azərbaycanı tərk etməsilə Ata­
bəy­lərin varlığına son qoyan Xarəzmşah Cəlaləddinin təhlükəsi ya­ran­
dı. III Fəribürz (1225– 1242/43) xərac hesabına sabitlik əldə edə bil­di.
Monqolların 1231-ci ildə başlanan ikinci yürüşü ilə Xarəzmşah Cəlaləddin
məğlub edildi, Azərbaycan torpaqları monqol ha­kimiyyəti altına düşdü.
XIII – XIV əsrlər Şirvan tarixində mürəkkəb dövrlərdən ol­du. Hülakülər
dövlətinin (1256 – 1357) yaranması ilə Şirvan bu dövlətin tərkibinə qatıldı.
Şirvanşah Fərrux
Yasarın dəbilqəsi.
Əli Məhəmmədoğlu - Bürünc lüləyin.
1206-cı il. Şirvan.
zili. yun. Xovsuz. XVII əsr.
Şirvan qrupu. Şamaxı.
Dağ Kolanı kəndi. Azərbaycan.
1,2,3,4,5,6,7,8,9 11,12,13,14,15,16,17,18,19,20,...76