5
Qəbələ şəhəri.
Cənub qapılarının qalıqları.
bölünür: xroniki (qəbilənin gündəlik həyatında baş vermiş
hadisələrin təsviri) və dini (gündəlik dini ayinlərin yerinə
yetitilməsinin təsviri) xarakterli piktoqramlar və qəbilənin
təsərrüfat həyatı ilə bağlı təsvirlər. Bu təsvirlər qədim
incəsənət nümunələri kimi Qobustan sakinlərinin ətraf
mühitə yaradıcı münasibətini əks etdirir.
Qədim Şirvanın incəsənət nümunələri içərisində
Qobustandan və Abşeronun bəzi kurqanlarından tapılmış
insan hey­kəllərini də qeyd etmək lazımdır.
İlk dövlət qurumları.
Azərbaycanın ərazisində ilk dövlət
qurumları ölkənin cənubunda, Urmiya gölü sahilində e. ə.
III minillikdə yaranmışdır. İlkmərkəzləşmiş dövlət isə orada
meydana gələnManna dövləti (e. ə. IX – VI əsrlər) idi. Manna
dövlətinin süqutundan sonra cənub torpaqları Midiya (e. ə.
672 – 550), sonra isə Əhəməni (e. ə. 550 – 330) imperiyaları
sisteminə daxil olmuşdur. Bu dövlətlər Azər­baycanın
şimalında da nüfuz uğrunda mübarizə aparmışdır. Belə
bir şəraitdə burada da siyasi inkişaf prosesi güclənmişdir.
Bu baxımdan məşhur yunan tarixçisi Heredotun (e. ə.
490/480 – 425) Massaget çarlığı (Quba ərazisindəki Maskut
və ya Müşkürlə eyniləşdirilir) haqqında məlumatı maraq
doğurur. Şirvan ərazisində yerləşən Massaget çarlığının
hökmdarı Tomiris Əhəməni hökmdarı II Kirə qalib gəlir.
Əhəməni dövləti Makedoniyalı İsgəndərin (e. ə. 336 –
323) zərbələri altında süqut etdikdən sonra Azərbaycanın
cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri
yaranır.
Tarixi Şirvanın Albaniya dövrü.
İqtisadi-təsərrüfat
baxımımından inkişaf etmiş, qeyd olunduğu kimi siyasi
cəhətdən də təşkilatlanmış tarixi Şirvan ərazisi Albaniya
dövlətinin ərazisinin müəyyən hissəsini təşkil etməklə
(Albaniya Kürün həm sol, həm də sağ sahillərini əhatə
edirdi), onun yaranmasında mühüm rol oynamışdır.
AlbaniyanınÇola,Kambisena,Qəbələkimivilayətləritarixi
Şirvan ərazisində idi. Dövlətin paytaxtı Qəbələ (Cabalaca)
idi. Qəbələ (hazırda eyni adlı rayonun Çuxur-Qəbələ kəndi
ərazisi) nəinki Azərbaycanın, eləcə də dövrünün inkişaf
etmiş siyasi, iqtisadi və ticarət mərkəzlərindən olmuşdur.
Alban Arşaki hökmdarlarının iqamətgahı (I – V əsrlər)
Qəbələdə yerləşirdi.
Yunan alimi K. Ptolomeyin (90 – 160) məlumat verdiyi 29
Albaniya şəhəri arasında adı çəkilən Kemaxeya (və ya Ma­
mexiya) Şamaxı (mü­asir şəhərdən 2 km aralıda yerləşən
Xınıslı kəndi ərazisində) ilə eyniləşdirilir. Şamaxının
tədricən artan sosial-iqtisadi və siyasi mövqeyi gələcəkdə
onun Şirvanın mər­kəzinə çevrilməsi ilə nəticələnmişdir.
Qəbələ şəhəri. Orta əsrə aid əşyalar.
Azərbaycan xalçaları / şİRVAN QRUPU
1,2,3,4,5,6 8,9,10,11,12,13,14,15,16,17,...76