21
Azərbaycanın milli-mədəni sərvəti olan xalçaçılıq haqqında
ətraflı məlumat alan Prezident Filip Vuyanoviç xalça isteh­
salı prosesini maraqla izlə­di, qalereyanın açıq səma altında
nümayiş olunan zəngin eksponatları ilə yaxından tanış oldu.
Milli xalçaların gözəlliyinə valeh olduğunu vurğulayan ali
qonaq ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə
yaşadılmasını, xalçaların əllə to­xun­masını, iplərin təbii rəng­
lərlə boyanmasını yüksək qiy­mət­ləndirdi.
Monteneqro prezidenti “Azər­-­­İlmə”də toxunan xalça məmu­
latları arasında “Şeyx Səfi” xalçasına xüsusi maraq göstərdi.
Qonağın nəzərinə çat­dı­rıldı ki, əsli Londonda sax­lanılan və
Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik bu
xalçaya 9,25 milyon ilmə vurulub. Monteneq­ro Prezidentinə
Azərbaycan xalçalarından bəhs edən nəfis tərtibatlı nəşrlər də
təqdim olundu.
3 İyun 2006-ci ildə öz müstəqilliyini elan edən Monteneqro
dünyanın ən gənc müstəqil dövlətlərindəndir. Cə­nub-şərqi Av-
ropada yerləşən ölkə əhalisinin 43%-ni mon­teneqrolular, qalan
faizini isə serblər, bosniyalılar, albanlar və digər xalqlar təşkil
edir.
1...,13,14,15,16,17,18,19,20,21,22 24,25,26,27,28,29,30,31,32,33,...200