127
bulağından qidalanmışlar. Təxminən 40 il müddətində fəaliyyət göstərməsinə
baxmayaraq, Təbriz kitabxanası Şərqin təsviri sənət tarixində yeni bir mərhələnin
və üslubun əsasını qoymağa nail oldu. Kitabxananın buraxılmasından sonra da
Şərqin müxtəlif şəhərlərində təsviri sənətlə məşğul olan görkəmli rəssamların böyük
əksəriyyəti Təbriz məktəbinin üslubuna sadiq qalmış, onun təsvir xüsusiyyətlərinə
əməl etməyə səy göstərmişlər. Məhz bunun nəticəsində sənətşünaslar tərəfindən ək-
sər tədqiqat işlərində bu məktəb müstəqil cərəyan
kimi öz sələflərindən fərqləndirilərək, ayrıca
fenomen kimi öyrənilir.
Bu gün, Çingiz Qacarın da qeyd etdiyi kimi,
dünyanın elə bir muzeyi yoxdur ki, orada əsası I
İsmayıl tərəfindən qoyulmuş Təbriz saray kitab-
xanasından üzü köçürülmüş əlyazma olmasın.
Azərbaycanın ən görkəmli rəssam və xəttatları
tərəfindən yüksək ustalıqla yerinə yetirilmiş
onlarla sənət nümunələri milli mənsubluğundan
asılı olmayaraq, hər kəsi bu cür mədəniyyətə
mənsub xalqa yaxşı mənada qibtə ilə yanaşmağa
məcbur edir. Təsadüfi deyil ki, müasir dövrdə
Qərb şərqşünaslarının yekdil rəyinə əsasən Şərq
kitab incəsənətinin ən qiymətli incisi hesab edilən,
1539–1543-cü illərdə Nizami “Xəmsə”sinin unikal
əlyazmasına çəkilmiş və hal-hazırda londonun
Britaniya muzeyində saxlanan 14 miniatür
məhz Təbriz kitabxanasında fəaliyyət göstərmiş
Azərbaycan rəssamlarının zəhmətinin bəhrəsidir.
Güman ki, Təbriz kitabxanasının Şərqin
mədəniyyət tarixindəki yerinə bundan daha gözəl
qiymət vermək çətindir.
Əfsus ki, onilliklər boyu min bir zəhmət bahasına yaradılan bu incəsənət
nümunələrinin hamısı dünyaya onların həqiqi müəlliflərinin, yəni biz Azərbaycan
türklərinin imzası ilə yox, “fars” möhürü ilə təqdim olunur. Doğrudur, uzun əsrlər
boyunca öz dilimizə və mədəniyyətimizə laqeyd münasibətimiz bugünkü vəziyyətin
yaranmasında başlıca səbəbdir. Lakin sənə məxsus olan uğrunda mübarizə aparmaq
heç vaxt gec deyil. Bu gün müstəqil Azərbaycanın sərəncamında dünyaya çıxışı olan
informasiya resursları və geniş maddi imkanlar var. Adı ilə mədəniyyət tariximizdə
ayrıca bir mərhələ təşkil eləyən Səfəvilərin Təbriz saray kitabxanası isə tədqiq və təbliğ
etməli olduğumuz mədəniyyət xəzinəmizin ən parlaq gövhərlərindən biridir.
P.S.
İstifadə edilmiş ədəbiyyatın siyahısı:
Azərbaycan incəsənəti. Ə. R. Salamzadə, N. İ. Rzayev, K. Kərimov, R. Əfəndiyev, N. Həbibov,
Qacar Ç. “Qədim və orta əsrlər Azərbaycanının görkəmli şəxsiyyətləri”, Bakı; 1997,
Акимушкин О. Ф. “Средневековый Иран: Культура, история, филология”, СПб; “Наука” 2004,
Денике Б. “Искусство Востока”, Казань; 1923,
Денике Б. “Живопись Ирана”, Москва; 1938,
Каптерёва Т. П. Виноградова Н.А. “Искусство средневекового Востока”, Москва; 1989,
Казиев А. “Садик бек Афшар. Канун ас-совар”, Баку; 1963,
Керимов К. “Султан Мухаммед и его школа”, Москва; 1970.
v
n
“Teymurlənglə Misir soltanının döyüşü” Behzad.
Gülüstan sarayının kitabxanası. Tehran.
1...,119,120,121,122,123,124,125,126,127,128 130,131,132,133,134,135,136,137,138,139,...200