167
– neçə ildir bədii tikmə ilə məşğulsunuz?
– Səkkiz yaşımdan bədii tikməylə məşğul oluram. Artıq
20 ilə yaxındır. Bu sənəti anam Arifə Məmmədovadan
öyrənmişəm. Anam bədii tikmənin bir sahəsi olan
təkəlduzluqda inqilab etmiş sənətkardır. 1970-ci illərdə
ilk dəfə olaraq o, portret janrında tikməyə başlayıb. Buna
qədər isə XV–XVI əsrlərdən geniş yayılmış təkəlduzluqda
ancaq naxış salırdılar.
– Bəs siz bədii tikmənin hansı növü ilə məşğul olur-
sunuz?
– Mən bədii tikmənin təkəlduz və xovlu tikmə növləri ilə
məşğul oluram. Xovlu tikmə qədimdə məxmərtel tikmə
adlanırdı.
– Ümumiyyətlə, bədii tikmə növləri bir-birindən hansı
xüsusiyyətlərinə görə fərqlənir?
– Tikmələrin bir çox növləri var. Bu növlər bir-birindən,
əsasən, materialına və işləmə texnikasına görə fərqlənir.
Tikmə sənəti dünyanın bir çox ölkələrində var, amma
onların heç birində belə bir bölgü yoxdur, elə hamısına
tikmə deyilir. Tikməmaterialına görə güləbətin, cərənduz,
pilək tikmə, muncuq tikmə, oturtma tikmə kimi növlərə
ayrılır. Tikmənin üsuluna, texnikasına görə isə örtmə
tikmə, təkəlduz tikmə, xanduz tikmə, saya, sanama tikmə
və s. kimi növləri var. Azərbaycanda 10-dan artıq tikmə
növü var.
– təkəlduzluq sənəti haqqında bir az məlumat
verərdiniz...
– XIX əsr Azərbaycan bədii tikmələri içərisində təkəlduz işi xüsusi yer tutur-
du. Təkəlduz tikmə orta əsrlərdə Şəkidə geniş yayılmışdı. Təkəlduz tikmədə
naxışlar “gəzmə” və ya “doldurma” üsulu ilə salınırdı. Bəzən bu üsullar birgə
tətbiq edilirdi. Təkəlduz tikmə üsulunda qarmaq və ya “qullab” vasitəsilə par-
çadan xırda dairəciklər, halqalar qurardılar. Bu növ tikməni bəzən “qullab-
duzluq” da adlandırardılar.
Əvvəllər təkəlduz tikmələrdə ən çox təsadüf edilən həndəsi formalı nəqş-bə-
zək elementləri arasında xırda dairəciklər, halqalar, üçbucaqlar, dördbucaqlar,
beş, altı və səkkizguşəli ulduzlar, sınıq, düz, yaxud dalğavari xətlər mühüm
yer tuturdu. Nəbati nəqşlər arasında isə qızılgül, nərgiz, qərənfil, süsən, zan-
baq, bənövşə, nar, heyva, alça çiçəyi,
eləcə də tovuzquşu, turac, hop-
hop, şanapipik kimi quşların geniş
təsvirləri verilirdi. Bu tikmələrdə,
eyni zamanda, ceyran, cüyür, at,
əfsanəvi əjdaha təsvirlərinə də rast
gəlinirdi.
Təkəlduz
tikmələrdə
bəzək-nəqş elementləri haşiyə, göl
və ara sahələrə bölünürdü.
– Bəs xovlu tikmə – məxmərtelin
digər tikmə növlərindən fərqi
nədir?
– Xovlu tikmə qədim məxmərtel
tikmənin əsasında yaradılmış tik-
mədir. Bu tikməni dünyada məx-
mərbaf, məxmərtelbaf adı ilə
tanıyırlar. Bunu yalnız süfrələrin kə-
narında gül şəklində işləyirlər. Orta
n y
r
1...,159,160,161,162,163,164,165,166,167,168 170,171,172,173,174,175,176,177,178,179,...200