30
Y
K
N
“Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın
qalıqları yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi 8-ci yüzillikdə
bərpa edilib. Əvvəlcə burada məbəd olub. Hazırkı türbə keçmiş
məbədinaşağımərtəbəsininqalıqlarından ibarətdir.Məbədin interyeri
dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir.
Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir”, – K.
A. Nikitin “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsində
belə yazır. Söhbət Naxçıvan şəhərinin cənub tərəfində, Köhnəqala
adlanan ərazidə VIII–XII əsrlərə aid memarlıq abidəsindən gedir.
Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr dolaşır. Əfsanəyə
görə dünya tufanı zamanı Həzrəti Nuhpeyğəmbərin gəmisi Naxçıvan
ərazisindəki İlandağa toxunub, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində
lövbər salıb. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ. Şo-
pen, Dyubua-de Monpere, K. A. Nikitin, V. M. Sısoyev və digər tədqiqatçılar məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Nuh peyğəmbərin Naxçıvan
şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli sərəncamı əsasında
2007–2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunub. Qeyd edək ki,
hazırda türbə 3 hissədən – sərdabə, yerüstü məqbərə və konusvarı örtükdən ibarətdir.
2006
nuh türbəsi
1910-cu ildə xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev tərəfindən inşa olunan, müxtəlif
vaxtlarda müxtəlif təyinatlar üçün istifadə
edilən və nəhayət, 1931-ci ildən Kukla teatrı
kimi istismar edilməyə başlanan bu teatrın
yeni görkəmi 2007-ci ildə tam hazır olub.
Azərbaycan
Respublikası
Prezidentinin
“Azərbaycan teatr sənətinin inkişaf etdi-
rilməsi haqqında” 19 fevral 2007-ci il tarixli
sərəncamına əsasən təmir edilən bina Kukla
teatrının strukturuna xidmət edən vacib
vəsaitlərlə təmin olunub. Burada səhnə və 200
yerlik tamaşaçı zalı, həmçinin qrim otaqları tam
təmir olunub, 2-ci mərtəbədə eyni zamanda kiçik
tamaşaçı zalı kimi də fəaliyyət göstərmək üçün
şəraiti olan məşq zalı yaradılıb.
2007
Kukla teatr
ı
Ötən əsrin 60-cı illərində istifadəyə verilən Yaşıl teatr
Bakıda mühüm mədəni-kütləvi tədbirlərin keçirildiyi,
paytaxt sakinlərinin sevimli istirahət yerlərindən biri
olub. lakin baxımsızlıq ucbatından teatr fəaliyyətini
tamamilə dayandırmaq məcburiyyəti qarşısında qalıb.
1990-cı ildən isə bütünlüklə bərbad vəziyyətə düşən
teatrın Bakı üçün önəmini nəzərə alan prezident İlham
Əliyev 2005-ci ilin avqustunda onun əsaslı şəkildə
yenidən qurulması barədə göstəriş verib. Göstərişə
əsasən teatrda yenidənqurma işlərinə başlanılıb. Teatr
2007-ci ildə istifadəyə verilib. Yamyaşıl ot örtüyü,
yaraşıqlı oturacaqları, məhəccərlər, qranit döşəmə,
ən müasir işıqlandırma sistemi, fəvvarələr və şəlalə
analoqu olmayan, ərazisi iki dəfə genişləndirilmiş
teatrın ümumi görünüşünə xüsusi gözəllik bəxş edir.
2500 tamaşaçı yeri olan teatrda 40 yeraltı otaq da tikilib.
2007
Yaşıl teatr
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...200