36
A
B
1960-cı ildə tikilib istifadəyə verilən Azər-
baycan Dövlət Akademik Milli Dram Teatrının
binası növbəti 50 il müddətində əsaslı
təmir edilməyib. Azərbaycan Respublikası
Prezidentinin 19 fevral 2007-ci il tarixli
“Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi
haqqında” və Azərbaycan Respublikası Nazir-
lər Kabinetinin 02 fevral 2009-cu il tarixli
sərəncamlarına əsasən Dövlət Akademik
Milli Dram Teatrı binasının müasir tələblər
səviyyəsində tam yenidən qurulması işlərinə
başlanılıb. Teatrın 581 nəfərlik böyük zalı
tam sökülərək yenidən bərpa edilib, eyni
zamanda 130 nəfərlik yeni tamaşaçı zalı da
yaradılıb. Almaniya vəAvstriya şirkətləri istehsalı olan səhnə mexanikası,
qurğu və avadanlıqlar, eləcə də, professional işıq, səs sistemi elə bu
ölkə mütəxəssislərinin iştirakı ilə quraşdırılıb. Teatr müasir mebel və
avadanlıqlarla təchiz edilib. Memarlıq üslubu saxlanılmaqla yeni milli
ornamentlərlə zənginləşdirilən Akademik Milli Dram Teatrı 2010-cu ilin
oktyabr ayında tam istifadəyə verilib.
Azərbaycan xalqının yaradıcılıq
istiqamətlərindən biri də aşıq
sənətində öz təzahürünü tapır.
Aşıq sənətinin inkişafı, dünyada
tanıdılması üçün Bakıda Heydər
Əliyev Fondunun dəstəyi, Mədə-
niyyət və Turizm Nazirliyinin
və Azərbaycan Aşıqlar Birli-
yinin təşkilatçılığı ilə birinci Bey-
nəlxalq Aşıq Festivalı ötən ilin
son aylarında baş tutdu. Azər-
baycanda ilk dəfə təşkil edilən
bu beynəlxalq festivala 8
ölkənin – Azərbaycan,
Türkiyə, İran, Qazaxıs-
tan, Özbəkistan, Qırğı-
zıstan, Gürcüstan və
Dağıstanın nümayən-
dələri qatılmışdır.
2010
Azərbaycan Dövlət Akademik Milli Dram teatrı
Birinci Beynəlxalq
Aşıq Festivalı
D
Prezident İlham Əliyevin 2007-ci il noyabrın
17-də Bakıda Dövlət Bayrağı Meydanının
yaradılması barədə imzaladığı sərəncama
əsasən 2010-cu il sentyabrın 1-də meydanın
açılış mərasimi keçirilib. Bayraq Meydanının
ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi
31 min kvadratmetrdir. Meydandakı dirəyin
hündürlüyü 162, bünövrəsinin alt hissəsinin
diametri 3,2; üst hissənin diametri isə 1,09 metrdir.
Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni
35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450
kvadratmetr, çəkisi isə təqribən, 350 kiloqramdır.
”Ginnes” dünya rekordları təşkilatı 2010-cu il
mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin
dünyada ən hündür bayraq dirəyi olduğunu
təsdiq edib. Meydanda qurulmuş Azərbaycan
Respublikasının gerbi, dövlət himninin mətni
və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən
hazırlanıb. Bundan əlavə, meydanda Dövlət
Bayrağı Muzeyi də yaradılıb.
Dövlət Bayrağı Meydanı
x
k
x
k
t
1...,28,29,30,31,32,33,34,35,36,37 39,40,41,42,43,44,45,46,47,48,...200