32
A
S
Q
S. Vurğun adına Dövlət Rus Dram Teatrının binası XX əsrin əvvəllərində
tikilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2005-ci il tarixli
sərəncamı ilə teatrın binası yenidən təmir edilib. 547 yerlik tamaşaçı zalı tamam
sökülərək yenidən quraşdırılıb, qurğu və avadanlıqlar, professional işıq və səs
sistemləri ilə təchizolunub. 22qrimotağı vəqrimsexləri təzələnərək, dekorasiya
anbarı, dülgər, butafor və dərzi sexləri, xarici və daxili kommunikasiyalar tam
yenidən qurulub. Teatr müasir mebel və avadanlıqlarla da təchiz edilib.
Bura muzey olmazdan əvvəl 1988-ci ildə Qala Dövlət
Tarix-Etnoqrafiya qoruğu kimi fəaliyyətə başlayıb.
Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində
eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə
aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan,
qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var.
Bu abidələrin qorunması, eləcə də, Abşeronda aşkar
edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da
zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər
Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında
ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradıldı.
İki hektar ərazisi olan muzey-kompleksdə Abşeron
yarımadasında tapılmış və eramızdan əvvəl III–II
minilliklərdən orta əsrlərə qədərki dövrü əhatə edən
qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək
əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin
konservasiya olunmuş qalıqları və sair yerləşdirilib.
Abidələrin öyrənilməsinə ötən əsrin 60-cı illərindən
başlanılıb. Qayaüstü rəsmlər mövzu və süjetlərinə görə
çox rəngarəngdir.
Səməd Vurğun adına Dövlət Rus Dram teatrı
Qala Arxeoloji-etnoqrafik Muzey Kompleksi
AzərbaycanXalçasıvəXalqTətbiqiSənəti
DövlətMuzeyi dünya xəzinəsindəki nadir
xalçaların dəyərinə və əhəmiyyətinə görə
ən böyük xalça kolleksiyasını mühafizə
edən, xalça sənəti üzrə birinci, nüfuzlu,
ixtisaslaşmış muzeydir. Neçə illərdir ki,
Muzey Mərkəzi Kompleksində fəaliyyət
göstərən bu mədəniyyət ocağının yeni
binası inşa olunur. Təməli 2008-ci ilin
mayında Dənizkənarı Milli Parkda
qoyulan muzeyin yeni binası Heydər
Əliyev Fondu, Mədəniyyət və Turizm
Nazirliyi və YUNESKO-nun birgə
layihəsi əsasında tikilir. Xalça muzeyinin dördmərtəbəli yeni binasının ümumi sahəsi
18 min 446 kvadratmetr olacaqdır. Yeni bina memarlıq üslubuna və qeyri-adi formasına
görə ətrafdakı tikililərdən tamamilə fərqlənəcək.
Azərbaycan Xalçası və Xalq
tətbiqi Sənəti Dövlət Muzeyi
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...200