34
A
A
N
lap qədimlərdən bizə miras qalmış aşıq
sənəti 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin
Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun
Qeyri-maddi mədəni irsin qorunması üzrə
komitəsinin 4-cü sessiyasında bu nüfuzlu
təşkilatın Qeyri-maddi mədəni irs üzrə
Reprezentativ siyahısına daxil edilib. Bu tarixi
fakt aşıq sənətinin Azərbaycan mədəni irsinin
ən qədim nümunələrindən biri olduğunu
beynəlxalq səviyyədə bir daha təsdiqləyib.
Həmin ildə daha bir maraqlı və sevin-
dirici xəbər isə illərdir azərbaycanlıların
yazın gəlişini simvolizə edən, qədim xalq
bayramı olan Novruzun da YUNESKO-nun
Qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edilməsi olub. Novruz bir
neçə ölkənin, xüsusən İran, Əfqanıstan və Orta
Asiya dövlətlərinin rəsmi bayramı olduğuna
görə, təşkilatın tövsiyəsi ilə müvafiq sənəd
beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi
kimi YUNESKO-ya təqdim edilib. 23 fevral
2010-cu ildə isə BMT Baş Assambleyasının
64-cü sessiyasının iclasında mart ayının 21-i
“Beynəlxalq Novruz Günü” elan edilib.
2009
Aşıq sənəti
novruz bayramı
2009-cu ildə Heydər Əliyev Fondunun
dəstəyi ilə Qəbələdə Beynəlxalq Musiqi
Festivalının təməli qoyuldu. Azərbaycan
mədəniyyətinin təbliğinə xidmət edən
bu festival həm də ölkəmizin musiqi
ənənələrinin
dünyada
tanıdılmasına
xidmət edir. Görkəmlimusiqi xadimlərinin
iştirakı ilə keçirilən Qəbələ Beynəlxalq
Musiqi festivalı yeni istedadların üzə
çıxmasında da təkan rolunu oynayır.
Artıq iki ildir keçirilən festivala dünyanın
bir çox ölkələrindən – ABŞ, Fransa, İsrail,
Meksika, Polşa, Rusiya, İtaliya, İspaniya və
s. iştirakçılar qatılır. Əsl musiqi bayramı
olan festival gənclərin peşəkarlarla
görüşünə və onlardan sənətin incəliklərini
öyrənmələrinə də imkan yaradır.
Qəbələdə Beynəlxalq Musiqi Festivalı
1...,26,27,28,29,30,31,32,33,34,35 37,38,39,40,41,42,43,44,45,46,...200