37
U
2010-cu ilə “Azərbaycan musiqisi ili” de-
mək daha doğru olardı. Belə ki, Azər-
baycanda və dünyada böyük bəstəkarımız
Üzeyir bəy Hacıbəylinin anadan olması-
nın 125 illik yubileyi təntənə ilə qeyd edilib.
Bakıda “Üzeyir Hacıbəyli – 125” Beynəlxalq
Musiqi festivalının keçirilməsi, Vyanada və
Afinada Azərbaycan və xarici musiqiçilərin
konsertinin təşkil edilməsi buna əyani
sübutdur. 2010-cu ildə Azərbaycan xalqının
tanınmış bəstəkarı Müslüm Maqomayevin
125 illiyi də dövlət səviyyəsində qeyd olunub.
Bu münasibətlə respublikamızda keçirilən
Beynəlxalq Musiqi Festivalında Müslüm
Maqomayevin əsərləri ifa olunub.
2010
“Üzeyir hacıbəyli – 125”
Beynəlxalq Musiqi festivalı
N
“Nizami” kinoteatrının binası Azərbaycanın məşhur me-
marları M. Useynov və S. Dadaşovun layihələri əsasında
1934–40-cı illərdə tikilib. Bina istismara verildikdən bu günə
qədər heç vaxt əsaslı təmir olunmayıb. 2008-ci ildən etibarən
təmir-tikinti işlərinə başlanılan kinoteatr 2011-ci ilin noyabr
ayında istifadəyə verildi. Kinoteatrın birinci mərtəbəsində 50
və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci
mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada
Almaniyada, Yaponiyada və İngiltərədə istehsal olunmuş
ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından
mühafizə sistemləri quraşdırılıb. Həmçinin, birinci mərtəbədə
ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə
kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə
müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim
edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılıb.
“nizami” kinoteatrı
A
Bu ilin hələlik ən gözəl xəbəri Almaniyanın
Düsseldorf şəhərindən gəldi. 56-cı “Avroviziya” Mahnı
Müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov
və Nigar Camal dueti 221 xalla bütün rəqiblərini arxada
qoyaraq müsabiqənin qalibi oldu.
Azərbaycan bu mötəbər yarışmada ilk dəfə 2008-
ci ildə Serbiya paytaxtı Belqradda keçirilən 53-cü
müsabiqədə iştirak edib. Həmin müsabiqədə 132 xal
toplamış Azərbaycan 43 ölkə arasında 8-ci yeri tutub.
2009-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş
54-cü müsabiqədə Azərbaycan 207 xal toplayaraq 42
ölkə arasında 3-cü, 2010-cu ildə isə Norveçin paytaxtı
Osloda, 55-ci müsabiqədə 145 xal toplayaraq 5-ci və
nəhayət, “Running Scared” mahnısı ilə bu il zirvəyə
ucalaraq mütləq qələbəsini qeyd etdi.
2011
“Avroviziya”
1...,29,30,31,32,33,34,35,36,37,38 40,41,42,43,44,45,46,47,48,49,...200