33
A
D
B
Milli kinomuzun xəzinəsi olan Dövlət Film Fondunun
yeni binası ölkə başçısının “Azərbaycan kino sənətinin
inkişaf etdirilməsi barədə” 23 fevral 2007-ci il tarixli
sərəncamına əsasən C. Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının həyətində inşa edilib. 5 mərtəbədən
ibarət olan yeni binanın inşası 2009-cu ilin aprel ayında
başa çatıb. Binanın 3-cü və 4-cü mərtəbələrində müxtəlif
illərin bütün növ kinolentlərinin qorunması üçün -
16
0
C-dən +18
0
C-yə qədər temperatur rejimi və 45%-dən
75%-ə qədər nəmişlik yaradılan 16 kamera yerləşir.
Fondda kinolentlərin bərpası üçün laboratoriyalar, başqa lentə və ya rəqəmsal
sisteməkeçirilməsi üçünotaqlar ənmüasir avadanlıqlarla təchizedilib. Binadabərpa
edilən filmlərin və yeni filmlərin qəbulu üçün hər biri ayrılıqda kinoproyeksiya
avadanlığı ilə təmin olunan texniki nəzarət və 120 yerlik tamaşaçı zalı vardır.
2009-cu il daha çox “Bakı İslam mədəniyyətinin paytaxtıdır –
2009” beynəlxalq layihəsi və bu layihə çərçivəsində həyata keçirilən
çoxsaylı tədbirlərlə xarakterizə olunur. Bakının 2009-cu ildə İslam
mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar olaraq, tədbirlər
planına əsasən Heydər Əliyev Fondu, Azərbaycan Respublikası
Mədəniyyət və TurizmNazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı
ilə şəhərimizdə “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı
həyata keçirildi. Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium,
Beynəlxalq Muğam Müsabiqəsi və silsilə konsertlər təşkil olunub,
eyni zamanda, 2009-cu ilin martında I Respublika MuğamMüsabiqəsi
keçirilib.
1969-cu ildə inşa edilən, 1988-ci ildə memar Sənan Salamzadənin layihəsinə əsasən
yenidən qurulan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında prezident İlham
Əliyevin “Azərbaycan teatr sənətinin inkişafı barədə” 19 fevral 2007-ci il tarixli sərəncamı
ilə bərpa-yenidənqurma işlərinə başlanılıb. Bərpa işləri 2009-cu ilin aprel ayında
bütünlüklə başa çatıb. Binanın ikinci mərtəbəsinin foyesi və tamaşaçı zalı rekonstruksiya
edilib. Səhnə yenidən qurulub, 4-cü mərtəbədə 2 məşq zalı, 5-ci mərtəbədə isə kiçik
tamaşaçı zalı yaradılıb. 22 qrim otağı müasir tələblər səviyyəsində təmir olunub, teatrın
mebel və avadanlıqları tamamilə
yenisilə əvəz olunub. Binanın
fasadı dəyişdirilərək, spayder
sistemli şüşə ilə örtülüb, axırıncı
mərtəbədə isə şüşə örtüklü kafe
yaradılıb. Zalın akustikası, səhnə
mexanikası, işıqlandırma sistemi,
professional səs sistemi, səsyazma
studiyası ən müasir standartlar
səviyyəsində qurulub.
2009
Dövlət Film Fondu
“Bakı İslam mədəniyyətinin paytaxtıdır - 2009”
Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrı
1...,25,26,27,28,29,30,31,32,33,34 36,37,38,39,40,41,42,43,44,45,...200