69
“Deyirlər, Qubadan bir gəlin özü ilə cehizlik “Quba çiçisi”ni kəndimizə gətirəndən sonra bizim
kənddə də xalça toxunmağa başlanıb. Mən əlli ildən çoxdur ki, xalça toxuyuram. Əsasən “çiçi”,
“şatlanka”, “qayçılı”, “güllü” xalçaları toxumuşam. Ən çox toxuduğum isə “Quba çiçisi”dir. İndi
evdə yerə sərdiyim palazları da özüm toxumuşam. Bu palazın iplərini də zirincin kötüyünü
isladaraq boyamışam. Məsələn, palıd oduncağından, soğan qabığından, sarmaşıq kötüyündən
müxtəlif rənglər alırdıq.
Sovet hökuməti dövründə xalça arteli vardı, həmin artelin üzvü olmuşam. Oradan çeşniləri alıb
evdə toxuyurdum. Həm də hökumət çeşnilər gətirib verirdi ki, bunları toxumalısan. Xalçalarda
balaca bir yer ayrılırdı və həmin yerdə Şirvan xalçalarının damğası, onun da yanında ceyran şəkli
toxunardı. Toxuduğumuz xalçanın ölçüsünə görə mükafat alardıq”.
Onuda əlavə edəkki, Şirvan xalça qrupukilim, palaz kimi xovsuz xalçalarla yanaşı, eyni texnoloji
üsulda xalça məmulatları – məfrəş, xurcun, heybə və çul istehsalında da xüsusi ənənəyə malikdir.
Məsələn, Şirvanda kilim toxunması ənənəsi bu gün də mövcuddur və el arasında “Paşalı”,
“Udulu”, “Aynalı” və s. adlanan növlər daha geniş yayılıb. Bu baxımdan Şirvan Azərbaycanın
əsas toxuculuq mərkəzi olaraq bu gün tərəqqi dövrünü yaşayır. Cəyirli, Nabur və digər kəndlər
bu qədim el sənətinin qorunmasında xüsusi rola malikdirlər.
KimyaxanımDaşdİyeva
Ərçiman kəndi
Nюvbяti
xalчaчımız isя
Яrчiman kяndinin
qocaman
xalчaчılarındandır.
1...,61,62,63,64,65,66,67,68,69,70 72,73,74,75,76,77,78,79,80,81,...200