65
Şamaxıda hяyatını xalчaчılığa hяср edib,
saчlarını xana юnцndя ağardan xalчaчı qadınlar var.
“15 yaşımdan xalça toxuyuram. Toxumağı gəlin getdiyim evdə
qayınanamdan öyrənmişəm. O vaxtlar çeşnilər yox idi, xalçaları
yaddaşımıza arxalanıb toxuyardıq. Məsələn, xalça üzərində
pələng rəsmi varsa, bilirdik ki, bu xalça “pələngli”dir. Kimsə xalça
toxuyanda gedib ona baxır, sonra da özümüz toxuyurduq. Beləcə,
bir xalçanın naxışları bütün kəndə yayılardı. Mən, əsasən, “qollu
cici”, “pələngli”, “açma-yumma”, “gülüstan” xalçaları toxumuşam.
Ən çox sevdiyim “qollu-cici”, “açma-yumma” xalçalarıdır.
Ötən əsrin 30 - 40-cı illərində toxuduğumuz xalçaların iplərini
özümüz əyirir, özümüz boyayardıq. Biz tut yarpağından sarı,
nardan qara, zoğaldan, alçadan zoğalı rəngləri alardıq. Toxudu­
ğumxalçalar arasında hədiyyə etdiyim, yaxud ehtiyacdan satdığım
xalçalar çox olub”.
Zяrifя Kяrİmova
Məlhəm kəndi
1...,57,58,59,60,61,62,63,64,65,66 68,69,70,71,72,73,74,75,76,77,...200