63
Ş
amaxının hər dərəsi, yolu, cığırı min illərdən bəri
buradan gəlib keçmiş karvanların izini saxlayır.
Bu elin tacirləri də bütün dünyanı dolaşıb Şamaxı
incilərini uzaq diyarlara yetirmişlər.
MüxtəlifdiyarlarıntacirləriŞirvanlayaxındanmaraqlanmış
və burada toxunan ipəkləri, xalçaları uzun illər Şərqə,
Avropaya daşımışlar. Orta əsrlərdə Azərbaycanda olmuş
Avropa səyyahları V. Rubrik, M. Polo, Klavixo, İ. Barboro,
A. Kantarini, A. Cenkinson, Y. Streys və XVI əsrdə Volqa-
Xəzər yolu ilə bu diyara gəlmiş tacirlər ərazi haqqında
səyahətnamələrindəqiymətliməlumatlarvermişlər.Məşhur
fransız yazıçısı Aleksandr Dümanın XIX əsrdəAzərbaycana
səyahəti zamanı Şamaxıda olması da Şirvanın mədəniyyət
və sənətkarlıq baxımından tanındığını, ziyarət mərkəzi
olduğunu sübut edir. Qafqaz Albaniyası, Şirvanşahlar
dövləti, sonralar isə Şirvan xanlığının mövcud olduğu
bu tarixi ərazinin bədii sənətkarlıq baxımından şöhrət
qazanmasında xalçaçılığın da əhəmiyyəti az olmamışdır.
Bu bölgədə tarixən əyiricilik, ipəkçilik, xalçaçılıq, tikmə,
dulusçuluq və misgərlik geniş yayılmışdır. Münbit
iqlim şəraiti və ictimai amillər Şirvan əhalisinin maddi
mədəniyyətinin yüksək səviyyədə formalaşmasında əsas
rol oynamışdır.
Şirvan qrupuna aid xalçalar kompozisiya quruluşu
baxımından müxtəlifdir. Onlar faunanı, insan siluetlərini,
mistik təsəvvürlərlə bağlı tarixin dərinliklərindən soraq
verən mücərrəd qrafik təsvirləri, İslam dini ilə bağlı çeşidli
motivləri özlərində yaşadırlar. Bu qrupun “Ovçuluq”,
“Narlı” kimi məşhur süjetli xalçalarında yaşadılan sakral
təsəvvürlər isə bəşəri mahiyyət kəsb edir. “Ərçiman”,
“Mərəzə”, “Sor-Sor”, “Şamaxı”, “İsrafil”, “Cəmcəmil”,
“Ovçuluq”, “Pirhəsənli”, “Şilyan”, “Salyan”, “Nabur”,
“Kürdəmir” və s. xalçalarda “Əl-ələ” mərasim rəqsini
ifa edən insan təsvirləri, çeşidli butalar, çox zaman ilahi
1...,55,56,57,58,59,60,61,62,63,64 66,67,68,69,70,71,72,73,74,75,...200