73
Xalça. Yun. Xovlu. 315x103. XIX əsrin sonları.
Naxçıvan qrupu. Azərbaycan.
xalçaları içərisində öz spesifik toxunuşu və bədii
quruluşu ilə seçilən xovsuz xalça növü olan şəddə
süjet semantikası baxımından çox maraqlıdır.
Üzərində bəzən atlıların və dəvələrin növbələşərək
cərgə ilə düzülməsi, yaxud çullarla bəzədilmiş dəvə
karvanı süjetləri öz-özlüyündə bir fəlsəfi məna
kəsb edir. Bu, daim dövr edən əbədi həyatın, ömür
karvanının simvoludur. Ənənəyə görə, ərişi rəngli
iplikdən çəkilən şəddələrdə doldurucu elementlər
kimi istifadə edilən romb və qarmaq formalı həndəsi
naxışlar əkin sahəsini, evi, artımı, bolluğu təmsil
etmişlər. Xovlu xalçaların bəzəyinə çevrilən “buta”
elementi isə öz bədii quruluşuna və texniki üslubuna
görə digər məktəblərdən fərqlənərək, “Naxçıvan
butası” adını daşıyır. Naxçıvanın “namazlıq”
xalçaları mavi, sürməyi və qırmızı rəngli kolorit
həlli, naxışların bədii quruluş üslubu, günbəzlərin
təsviri ilə İslam mədəniyyətinin günümüzədək gəlib
çatmış dəyərli nümunələrindəndir. 1998-ci ildən
Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan
Dövlət Xalça Muzeyində digər tarixi eksponatlarla
birgə yerli qədim xalçalar da qorunur. Ötən ilin may
ayında istifadəyə verilən muzeyin yeni binasının
açılışı yerli xalçaların qorunması baxımından çox
böyük əhəmiyyətə malikdir.
Üçmərtəbədən ibarətmuzeyinbirincimərtəbəsində
asılıq,ikincimərtəbəsindəfond,üçüncümərtəbəsində
isə ekspozisiya və iş otaqları yerləşir. Muzeyin
fondunda 3716 maddi - mədəniyyət nümunəsi var.
Onlardan 331-i xalçadır. Ekspozisiyada 283 eksponat
nümayiş etdirilir. Muzeydə həmçinin Təbriz-
Naxçıvan qrupuna aid 124 ədəd xalça var.
Muzeydəki eksponatlar xalçaçılıq məntəqələri
üzrə qruplaş­dırılmışdır. Muzeyin ekspozisiyasında
müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla
1...,65,66,67,68,69,70,71,72,73,74 76,77,78,79,80,81,82,83,84,85,...200