72
K
Kültəpə qədim yaşayış məskənindən tapılmış ibtidai
gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi
arxeoloji materiallar bu yurd yerinin Azərbaycanın ən
qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübut
edir. Orta əsr ərəb müəllifləri Naxçıvanda xalçaçılığın
geniş vüsət alması və bu ərazidə toxunan xalçaların
şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli
məlumatlar vermişlər.
Naxçıvan xalçaları Azərbaycan xalça sənətini öz
ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng
çalarları ilə zənginləşdirmişdir. Bu bölgədə xovsuz xalça
növü geniş yayılmışdır. Xalça sənətinin Naxçıvanda
geniş yayılmasına və tərəqqisinə xalqımızın məişət
və estetik tələbatı rəvac vermişdir. Bu ərazidə istehsal
edilən iri ölçülü, qalın toxunuşa malik xovlu və keçə,
palaz, cecim, kilim, şəddə, zili kimi xovsuz xalçalardan
evlərdə
döşəmələrin
örtülməsində,
otaqların
isidilməsində və bəzədilməsində istifadə edilmişdir.
Xalça sənəti Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa
bölgələrində daha geniş yayılmışdır.
Naxçıvanda xalça istehsalında tarixən balbas və mazex
qoyun cinslərindən, keçi, dəvə yunu ilə yanaşı, ipəkdən
də geniş istifadə edilmişdir. Toxunan xalçaların sıxlığı
35 x 35-dən 40 x 40-dək, ərişi, arğacı və üz ipi isə nisbətən
qalın olmuşdur. Naxçıvanda toxunulan xalçalar bədii
və texnoloji xüsusiyyətlərinə görə Qarabağ xalça
qrupunun ənənələrinə yaxındır.
Naxçıvan
xalçaları
ümumilikdə
Azərbaycan
xalça sənətini öz ənənəvi naxışları və elementləri,
özünəməxsus şux rəng çalarları ilə zənginləşdirmişdir.
Bu xalçaları bəzəyən əsas elementlərdən şaquli
istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi
elementlər və nəbati ornamentlər, heyvan təsvirləri
kimi naxışlar xalqın genetik yaddaşından silinməyən
inanc və təsəvvürlərlə bağlıdır. Bu naxışlar sistemi
semantika müxtəlifliyindən asılı olmayaraq, bir məkan
üzərində real şəkildə ənənəvi üslubda yerləşdirilərək
xalçaya ritmik və dinamik ahəngdarlıq verir. Naxçıvan
Zili. Yun. Xovsuz. 363x164. XIX əsrin sonları.
Naxçıvan qrupu. Azərbaycan.
1...,64,65,66,67,68,69,70,71,72,73 75,76,77,78,79,80,81,82,83,84,...200