74
bəzədilmiş xalçalar nümayiş etdirilir. Burada xovlu xalçalar,
məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər
xalça növləri var. Xalçalardakı həndəsi və nəbati formalı
naxışlar milli mədəniyyətimizin uzaq keçmişindən xəbər
verir. Naxışları sadə, realist və ya mücərrəd olan xalçalar
xalqımızın yaradıcılıq imkanlarının tükənməz olmasının
göstəricisidir.
Muzeyin ekspozisiyasında bədii tikmə və parça nümunələri,
vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə,
yun darağı, ilmə bıçağı və digər eksponatlar da nümayiş
etdirilir. Azərbaycan xalçalarında daha çox buta elementləri,
butalı naxışlar öz əksini tapmışdır. Odur ki, muzeyin
ekspozisiyasının tərtibatında, foyelərdə, məhəccərdə buta
elemen­tindən istifadə edilmişdir.
Muzey zəngin tərtibatı ilə diqqəti cəlb edir. Foyelərin
xalça fotoşəkilləri ilə bəzədilməsi, qapılarda müxtəlif milli
naxışlardan istifadə olunması muzeyə xüsusi gözəllik verir.
1...,66,67,68,69,70,71,72,73,74,75 77,78,79,80,81,82,83,84,85,86,...200