80
Ədiyə Əliyeva :
1943-cü il Kalinino rayonunda, Cücəkənddə
anadan olub. “Hələ biz uşaq ikən nənələrimiz
xalçaçılıqla məşğul olardılar. Biz də onlara
baxıb öyrənmişik. İp əyirmişik, boyamışıq, xalça
toxumuşuq. Əsasən məişətdə istifadə etmək üçün,
qızlarımız üçün cehizlik xalçalar toxuyardıq. Ən
çox əjdahalı çeşnilər seçilərdi. Nənəm, anamgil o
vaxtlar daha çox göllü gəbə, əjdaha gəbə, üçgöllü
gəbə, güllü gəbə, cürbəcür çeşnilər toxuyardılar.
Mənim öz toxuduğum xalçalar arasında üçgöllü
əjdaha, qoçbuynuzu kilim, göllü gəbələr üstünlük
təşkil edir.
Cücəkənddən köçəndən sonra Şamaxıda məskun­
laşdıq. Dədə-babadan qalma xalçaçılıq ənənəsini
bu­ra­da da davam etdirirdik. Son vaxtlara qədər
xalça toxuyurdum. İndi də toxumağı bacarıram,
amma yaşımla əlaqədar toxumuram”.
Sinəxanım Balakişiyeva :
“1937-ci ildə Cücəkənddə anadan olmuşam.
İlk dəfə 7-ci sinifdə oxuyanda xalça toxumuşam,
indiyə qədər də toxuyuram. Toxumağı uşaqlıqda
nənəmdən öyrənmişəm. Nənəm özü ip əyirirdi,
boyuyurdu və toxuyurdu. Rəngləri gəzəl adlanan
bir bitkidən alırdıq. Uşaqlıqda mən də nənəmlə
ot yığmağa gedirdim. Lazım olan otlardan yığıb
gətirirdik, sonra da nənəm ipləri böyük bir qazanın
içinə atıb boyayırdı. İlk toxuduğum xalça göllü
xalça olub. Sonralar taxta, qoçbuynuzu, kəpənək
kimi kilimlər toxumuşam. Gəbələrin yerliyi qırmızı
rəngdə olurdu. Xalçalarda qırmızı, yaşıl, göy -
əsasən tünd rənglərdən istifadə edirdik. Çox az
hallarda ağ və sarı rənglərdən istifadə olunardı.
Şamaxıya gələndən sonra da xalçaçılıqla məşğul
oluram. Toxuduğumuz xalçaları xarici qonaqlar da
alırlar”.
Gülşən Əliyeva :
“1953-cü ildə Cücəkənddə doğulmuşam. 8-ci
sinifdən xalça toxumağa başlamışam. Mən bu sənəti
evdə nənəmə, anama baxıb öyrənmişəm. Bacılarım
da xalça toxumağı bacarır. Mən o vaxtlar ip əyirir,
boyayıb, toxuyurdum.
Toxuduğumuz xalçalar əsasən üçgöllü, əjdahalı,
qoç­buynuzu, taxta kilim olardı. Toxuduğumuz
namazlıq xalça­larının üzərində məscid təsviri
olurdu. Xalçaların qalınlığı orta olurdu. O vaxtlar
biz beş-altı qadın bir evə yığışardıq, bir dəfə biri
üçün ip əyirirdik, boyayırdıq, xalça toxuyurduq.
Onun xalçasını bitirən kimi başqasına toxumağa
başlayırdıq. Mənim gördüyüm ən qədim xalça o
vaxt kəndimizdəki məsciddə saxlanılan namazlıq
xalçası olub. Ən çox sevdiyim xalça isə əjdahalı
xalçadır. Özümə də bu xalçadan çox toxumuşam.
Xalça toxumağı qızlarımıza da öyrətmişik ki, qədim
sənətimizi davam etdirsinlər”.
1...,72,73,74,75,76,77,78,79,80,81 83,84,85,86,87,88,89,90,91,92,...200