77
İrəvan torpağının boydan­boya köklü əhalisi olan azərbaycanlılar 1988­ci
ildə minilliklərdən bəri öz doğma yurdları olmuş kəndlərindən, şəhərlərindən
tamamilə qovuldular. Bu torpağa, azərbaycanlıların tarixinə, abidələrinə,
mədəniyyətinə göz dikmiş, kökü və mənşəyi bəlli olmayan ermənilər terror
və soyqırım hesabına yüz minlərlə insanı iki əsr ərzində vətənsiz qoydular.
Amma yurddan ayrı düşən bu el özmaddi mədəniyyətinin incilərini ­ memarlıq
nümunələrini ancaq yaddaşında saxlasa da, tarixin, qədimliyin, təfəkkürün
vəsiqəsi olan xalçalarını ən qiymətli əşya kimi özləri ilə gətirdilər.
“Azərbaycan xalçaları” jurnalı Azərbaycan boyunca səpələnmiş Qərbi
azərbaycanlıları tapıb, onların böyük mədəniyyətinin izi olan gəbələri,
palazları, xurcunları toxuyanlarla söhbətləşmək, oxuculara qədim adətlərdən
danışmaq üçün, vaxtilə loru mahalının Voronsovka (Kalinino) rayonunda,
Cücəkənddə yaşayan, 1988­ci ildən isə Şamaxıdakı kəndlərin birində
məskunlaşanların sorağı ilə Şamaxıya yollandı.
1...,69,70,71,72,73,74,75,76,77,78 80,81,82,83,84,85,86,87,88,89,...200