79
HANı MƏN GördÜYÜM
QUrĞU, BÜSATlAr...
Gəbə bu elin bir incisi idi. Amma bununla bərabər, digər xalça
məmulatları da toxunurdu. Elə bu elin tapmacalarında da bu
nümunələr iz salıb:
“Bizdə bir kişi var,
Köndələn yatışı var”.
(Məfrəş)
A gedən Hacı,
Əlində tacı.
Mənə bir gəbə göndər,
Nə ərişi olsun, nə arğacı”
(keçə)
Yun didəndə, ip əyirəndə, xalça toxu-
yanda bu elin xanımları yığışıb bayatı
deyə-deyə işlərdilər. O vaxt dedikləri
bayatılar sevgidən, toydan, büsatdan
idi. Amma indi bayatıların da mövzusu
dəyişib. Vətən həsrəti hopub hər misraya.
Düzülüf belə dağlar,
Sinəmi delə dağlar.
El köşdü, karvan getdi,
Arxamca mələ, dağlar.
Eləmi, haram bağlar,
Gül yoxdu, dərəm bağlar.
Vətəndən iraq düşdüm,
Ürəyim vərəm bağlar.
Keçən ellər,
Köç elər keçən ellər,
Yurdunu qoyuf gəlif,
Bu yoldan köçən ellər.
Bu yerdən ötən hanı?
Cığırı itən hanı?
Mana qərif deməyin,
Bəs onda Vətən hanı?
Əzizinəm, gülə bax,
Dərəyə bax, düzə bax.
Qərivin halın sorma,
Qəlbindəki közə bax.
Eləmi, kətan sarı,
Yay geyif kətan sarı.
Durnatək qatarranıf
Uçaydıx Vətən sarı.
Xalça. Yun. Xovlu. 251x147. h.1284 (1863).
İrəvan qrupu. Loru, Voronsovka, Qərbi Azərbaycan.
1...,71,72,73,74,75,76,77,78,79,80 82,83,84,85,86,87,88,89,90,91,...200