78
lOrU MAHAlı
Dağlıq və dağətəyi ərazi olan loru mahalında toxunmuş xalçalar bu bölgədə yetişən
meyvələrin, bitkilərin sayəsində əldə edilən rənglərlə özünəməxsus çalarlar qazan-
mışdır. Bu xalçaları Qazax xalça məktəbindən ayrı təsəvvür etmək mümkün deyil.
Buradakı xalça naxışlarını bədii sənətkarlığın mürəkkəb nümunəsi də adlandırmaq
olar. Zaman keçdikcə bu təsvirlər fərqli tərzlərdə təcəssüm olunmağa başlamış, sənət
tarixinin ayrılmaz bir hissəsinə çevrilmiş, keçdiyi inkişaf yolunun məntiqi nəticəsi
kimi sabit bədii üsluba yiyələnmişdir.
loruda ağ yunlu cins qoyunların bəslənməsi sayəsində iplərin fərqli rəng çalarları
vardı. Bu ərazidə ən çox rast gəlinən xalça növlərindən biri kimi “namazlığ”ı xüsu-
si qeyd etmək lazımdır. Mürəkkəb və sadə kompozisiyalı xalçalar bu əhalinin dini
dünyagörüşü, islami inancından rişələnərək toxunmuşdur. Voronsovka rayonunun
Qara qala, Qızıl daş, Cücəkənd, Sarıyal, Soyuqbulaq kimi kəndlərini əsas xalçaçılıq
məntəqələri kimi göstərmək olar. loru mahalının mineral ehtiyatlarla zəngin olması
boyaqçılıq işində bu minerallardan istifadəyə imkan yaratmışdır. Bu mahalda “qoşa
damğa”, “tək damğa” və rombşəkilli elementlər kilim və palaz toxuculuğunda çox
geniş yayılmışdır.
Cücəkənd alban məbədi və Oğuz qəbirləri ilə tanınırdı. Qədim türk inanclarının
izləri, səlcuq hökmranlığının yaddaşı buranın hər daşından oxunurdu. Zəngin folk-
loru, el adətləri olan bu əhalinin əsas məşğuliyyəti qoyunçuluq olduğundan, bura-
da xalçaçılıq işi çox inkişaf etmişdir. Demək olar ki, hər evdə yerli əhalinin dili ilə
desək, gəbə, namazlıq, xurcun toxunardı. Əjdahalı, göllü gəbələr, kəpənəkli, taxta,
buynuzlu palazlar və namazlıqlar dünya şöhrəti qazanmış və çox baha qiymətə dün-
ya kolleksiyaçılarına satılmışdır. Xəbis ermənilərin həmişəki xisləti bu dəfə də özünü
göstərmişdir. Yerli əhaliyə xalça toxumaq sifarişi verən Ermənistan dövlət xalça isteh-
salat müəssisəsi Azərbaycan türklərinin incə əl işlərini dünyaya erməni adı ilə təqdim
etmiş, növbəti dəfə tarixi saxtalaşdırmaq istəmişdi. Əhali o torpaqdan köçəndən sonra
bu xalçaların da ünvanı dəyişmişdir. İndi bu incilər Şamaxıda toxunmaqdadır.
Xalça. Yun. Xovlu. 225x145. h.1310 (1889). İrəvan qrupu. Loru, Voronsovka, Qərbi Azərbaycan.
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84,85,86,87,88,89,90,...200