84
– Xalçaya marağınız necə yarandı?
– Gözümü açandan gördüyüm
xalça
olub.
Boya-başa
çatdığım
Sultanhan vilayətində hər kəsin xalça
sənətindən anlayışı var. Beş yaşımda
xalça təmiri atelyesində işləməyə
başladım. Böyüdükcə bu sənətə daha
çox bağlandım. Bir müddət sonra
İstanbula köçdüm. İstanbulda daha da
peşəkarlaşdım. Burada məni peşəkar
xalça təmirçisi kimi tanımağa başladılar.
İstanbulda məşhur “Qapalı çarşı”
adlı bazar var. Orada özümə xalça
dükanı açdım. O vaxtlar bu bazarda
bütün dünyada məşhur olan xalça
mütəxəssislərinə rast gəlmək olardı.
– Mümkünsə, bir az kolleksiyanız
barədə məlumat verərdiniz.
– Mənim kolleksiyamda istənilən
ölkənin xalçasını tapmaq mümkündür.
Yaşı 200-300-dən yuxarı olan xalçalarım
var. Onlardan çoxu qədim xalçaların
fraqmentləridir. Təbii ki, yaşı 200-
dən çox olan xalçalar nadir hallarda
bütöv, zədələnməmiş vəziyyətdə qala
bilər. Mən bu xalçaları bacardığım
qədər qoruyub saxlamağa çalışıram.
Dükanımdaəntiqxalçalarüstünlüktəşkil
edir. Burada dünyanın istənilən yerində
toxunan xalça görmək olar. Hal-hazırda
Sultanhan vilayətində böyük bir xalça
müəssisəm fəaliyyət göstərir. Bundan
başqa, dükanıma bütün dünyadan –
Amerikadan, Avropadan, Yaponiyadan
təmir edilmək üçün xalçalar gətirilir.
Çünki adı çəkilən yerlərin heç birində
xalça təmiri mərkəzi yoxdur. Həm də
xalçanın xarici ölkələrdən Türkiyəyə
gətirilməsi və buradan başqa ölkələrə
aparılması prosesi rəsmi qaydalar üzrə
də çox asan başa gəlir. Dükanıma xalça
muzeyi də demək olar. Buranı tez-tez
ölkəyə gələn xarici qonaqlar, dövlət
xadimləri, turistlər ziyarət edirlər.
Xalça. Yun. Xovlu. 230x140. 1800-cü il. Borcalı mahalı, Başkeçid kəndi.
1...,76,77,78,79,80,81,82,83,84,85 87,88,89,90,91,92,93,94,95,96,...200