143
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Qafqaza vurğun olan rus şairlərindən biri də Mixail Yuryeviç Lermontov olub.
Qafqaza ilk dəfə hələ uşaqkən gələn Lermontov, bu yerin gözəlliyinə, təbiətinin
əzəmətinə, sərtliyinə, məğrur ruhlu camaatına valeh olmuşdu. Qafqaz Lermonto-
vun poeziya vətəni sayılırdı. O, “Qafqaz” şeirində ona uşaqlığını, anasının obrazını
xatırladan bu yerə sevgisini etiraf edir – “Sevirəm Qafqazı mən”.
Lermontov 14 yaşında poeziya yaradıcılığına da Puşkinin “Qafqaz əsiri” poe-
masını dəyişib yazmaqla başlamışdı. Az sonra o, “Çərkəzlər” poemasını yazır. Şairin
Qafqaza həsr olunmuş ilk əsərləri uşaqlıq illərinin təəssüratlarından bəhrələnmişdi.
Uşaqlıqda nənəsi ilə birgə Qafqaza qohumlarına baş çəkməyə gedən Lermontov
gənclik illərində bu yerlərə çılğın xasiyyəti ucbatından sürgün edilirdi. Şairin Qaf-
qaza gəlişi onun ədəbi yaradıcılğına böyük təsir göstərmişdi. O, məşhur “Demon”
və “Rahib” poemalarını Qafqaz həyatının təsiri altında yazmışdı. Şair Qafqazı təsvir
edərkən buranın dağlarını, mərd adamlarını göstərirdi. Lermontov yerli camaatla sıx
əlaqə saxlayır, xalq mahnılarına, rəvayətlərə qulaq asır və onları əsərlərində istifadə
edirdi. Qafqaz mövzusu Lermontov yaradıcılığını başdan-ayağa əhatə edir. Qafqaz
Lermontov üçün azadlıq simvolu idi. Onun Qafqaza həsr olunmuş şeirləri, poe-
maları, “Zəmanəmizin qəhrəmanı” romanı dünyaya fərqli baxışı, insanpərvərliyi,
təsirli lirikası ilə fərqlənir və bu yerlərə olan səmimi sevgini ehtiva edir.
Sevirяm Qafqazы mяn...
1...,135,136,137,138,139,140,141,142,143,144 146,147,148,149,150,151,152,153,154,155,...204