144
Azяrbaycan dili Asiyanыn
Fransыz dilidir
Qafqazı diyarbədiyar gəzən şair sözsüz ki, zəngin
mədəniyyətə sahib Azərbaycan torpaqlarından yan
keçə bilməzdi. Şuşada, Şəkidə, Qubada, Qusarda,
Şamaxıda olan şair yerli ziyalılarla görüşür və hətta
Azərbaycan dilini öyrənməyə başlayır. O deyirdi ki,
Asiyada Azərbaycan dili Avropada fransız dili qədər
əhəmiyyət daşıyır. Gürcüstanda olanda isə Lermon-
tov Tiflisdə Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə
Fətəli Axundzadə ilə yaxından tanış olur. Onların bu
tanışlığı nəticəsində Lermontov “Aşıq Qərib” das-
tanını “Türk nağılı” adı ilə qələmə alır. Şair Qafqaz
xalqlarının məişətinə, insanlarının mənəvi paklığına,
mərdliyinə vurğun idi. Lermontov gəzdiyi yerlərin
folkloru, qədim memarlıq abidələri, milli mətbəxi,
xalq sənətkarlığı ilə tanış olurdu. Qubada isə şairə
"Pirəbədil" xalçası hədiyyə edilmişdi. Həmin xalça-
nı Lermontov həyatının son iki ayını keçirdiyi Pya-
tiqorskdakı evinə sərmişdi. 1841-ci ildə iyulun 15-də
dueldə zabit Martınov tərəfindən öldürülən şair bu
evə gətirilib və buradan dəfn edilib. 1912-ci ildən isə
həmin ev M.Y. Lermontovun Dövlət muzey-qoruğu
kimi fəaliyyət göstərir. Ev olduğu kimi qalıb, onun
interyeri isə şairin müasirlərinin köməyi ilə əvvəlki
vəziyyətdə qurulub. Nəfis naxışlı rəngarəng Quba
xalçası da muzeydə indiyədək qorunur və dahi şairin
evinə gələn ziyarətçilərə nümayiş etdirilir.
Azərbaycanda da dahi rus şairini bu günə qədər
xatırlayır, onun Qafqaza həsr olunmuş sevgi dolu
əsərlərini oxuyurlar. Quba və Qusar şəhərlərində M.Y.
Lermontova xatirə abidəsi qoyulub, Qusarda isə şairin
adını daşıyan muzey fəaliyyət göstərir.
1...,136,137,138,139,140,141,142,143,144,145 147,148,149,150,151,152,153,154,155,156,...204