142
xIx əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal
etməsi rus şair və yazıçılarının bu yerə marağını
daha da artırdı. Rus ədəbiyyatının görkəmli sima-
ları Lev Tolstoy, A.S. Puşkin, M. Y. Lermontov,
S.A. Yesenin müsəlman Şərqinə maraq göstəririr,
öz əsərlərində müəmmalı, məsum, eyni zaman-
da amansız Qafqazı əks etdirirdilər. Rus ziyalı
elitasını Qafqazın təkcə gözəl təbiəti yox, həm
də məğrur, azad ruhlu adamları cəlb edirdi. Rus
ədəbi tənqidçiləri də Qafqazı Rusiya poeziyasının
beşiyi adlandırırdılar. Qafqaz süjetinə, obrazı-
na yer verən ilk rus şairi isə A.S. Puşkin oldu.
Şərq mədəniyyətini, adət-ənənələrini öyrənən,
dağ adamlarının iradəsinə, fədakarlığına heyran
qalan dahi rus şairi “Qafqaz əsiri”, “Uçqun”,
“Kalmık qızına”, “Qafqaz”, “Ərzuruma səyahət”,
“Hafizsayağı”, “Quranın təsiri altında” və başqa
əsərlərini yaradır. Puşkin Qafqazın sirlərini usta-
lıqla açdıqca, digər rus şairləri də Qafqaz mövzu-
suna müraciət etməyə başlayırlar.
Puшkinin sevgisi
1...,134,135,136,137,138,139,140,141,142,143 145,146,147,148,149,150,151,152,153,154,...204