178
Motivin iştirakına əsasən deyə bilərik ki,
əfsanələrdə qədim əcdadımızın totem və ya
onqonkimi inandığı kəklikquşuda danışa bi-
lirmiş. Bunu «Ardıc və kəklik» əfsanəsindən
də görmək olar. Əfsanədə deyilir ki, imam-
ları yezidlər qovurmuş, onlar gəlib ardıc
ağacının altında gizlənirlər. İmamlar görür
ki, kəklik bunların yerini deyəcək. O za-
man kəklik danışa bilirmiş. İmamlar deyir:
- Kəklik, sənin dilin lal olsun, ardıc, sənin də
yayın-qışın göy olsun. Bizə belə gəlir ki, ağa-
cın totem olması sonrakı dövrlərdə davamlı
olmamış, totemizmin sonradan heyvanlarla
bağlı olması səbəbindən ağacların bu funk-
siyası pirləşmə ilə əvəz olunmuşdur. Bunu
ağac pirləri ilə bağlı əfsanələrdən də görmək
mümkündür.
Əfsanə motivləri mif motivlərinin əsasında
yaranır. Əfsanənin yaranması mifin öz funk-
siyasını başa vurması ilə bağlı idi. Mif bir
dünyagörüş, inanclar sistemi kimi öz yerini
dini dünyagörüşünə verirdi. Bu iki dünya-
görüş arasında da ziddiyyətlər özünü gös-
tərirdi. Dini dünyagörüşdə irəli sürülən
inanclar sistemi arxaik miflərdəki inanclar
sistemi ilə üst-üstə düşmürdü. Ona görə də
müəyyən sosial-psixoloji təsirlər nəticəsində
mif şüuru öz funksiyasını dayandırır və öz
yerini bədii şüura verirdi. Mifdəki informasi-
yalar yeni bədii sistemdə artıqlıq təşkil edir-
di, bu da motivin funksiyasının pozulmama-
sına əsaslanan müəyyən dəyişmələrə, yeni
struktur formalarının yaranmasına səbəb
olurdu.
1...,170,171,172,173,174,175,176,177,178,179 181,182,183,184,185,186,187,188,189,190,...204