180
Xalçanın ara sahəsini iki rəqəminə, tərsinə
düzülmüş “S”-ə və yaxud “5” rəqəminə bənzər
elementlər bəzəyir. Toxucu bu elementlərin
rəngini biraşırı dəyişdirməklə gecə ilə gündü-
zün və xeyirlə şərin təmasını yaratmışdır. Ara
sahədəki boşluqlar “tovuzquşu” və digər klassik
elementlərlə işlənmişdir.
İnnabı yerlikli bu xalça özünəməxsusluğu ilə
seçilir. Xalçadakı rənglər kontrast olmasına bax-
mayaraq, hər kəsin zövqünü oxşaya bilir.
Xalça yüksək keyfiyyətli əl üsulu ilə əyirilmiş və
təbii boyalarla boyanmış iplərdən toxunmuşdur.
Qarabağın mürəkkəb kompozisiyalı xalçaları qrupuna daxil olan
bu xalçanın kərpicə çalan qırmızı yerlikli ara sahəsinin sağ və so-
lunda şəkəri rəngli böyük və kiçik ölçülü stilləşmiş əjdaha motivləri
yerləşdirilmişdir. Boşluqlar bitki elementləri ilə işlənmişdir.
Xalçanın enli haşiyəsi “Xətai” xalçaları üçün xarakterik olan şəkəri,
qara, tünd-yaşıl, açıq-qəhvəyi rəngli elementlərlə bəzədilmişdir.
Xalçanın rəng ahəngdarlığı qanunauyğunluqla həll edilmişdir.
Vərni. Yun. Xovsuz. 300x200. 2009-cu il.
Qarabağ qrupu. Azərbaycan. “Azər-İlmə” istehsalı.
Xalça. “Əjdahalı”. Yun. Xovlu. 224x132.
XVII əsr. Qarabağ qrupu. Azərbaycan. Şəxsi kolleksiya.
1...,172,173,174,175,176,177,178,179,180,181 183,184,185,186,187,188,189,190,191,192,...204