179
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Təbriz qrupuna daxil olan
bu xalça 1850-1860-cı illər
arasında toxunmuşdur.
Bədii cəhətdən yüksək
incəlik və peşəkarlıqla
toxunmuş xalça özünün
mürəkkəb süjet həlli ilə
də seçilir. Xalçada dini
və mifoloji obraz olan
Süleyman peyğəmbərin
əhvalatı təsvir edilib.
Toxucuların peşəkarlığı
toxuşu nəticəsində insan
simaları real və mistik
heyvan rəsmləri dəqiq,
obrazlı və ifadəli görünür.
Təsvir olunan hər bir obraz
əhvalatın özündə iştirak
edir, mimikası ilə hadisələrə
münasibətini göstərir.
Xalçanın rəng həlli onun
dinamikasını tamamlayır,
əsas süjetin qabarıq
çatdırılmasına xidmət edir.
Süjetli xalça. “Süleyman peyğəmbər”. Yun. Xovlu.
203x133. 1850-1860-cı illər. Təbriz qrupu. Azərbaycan.
1...,171,172,173,174,175,176,177,178,179,180 182,183,184,185,186,187,188,189,190,191,...204