77
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
İ
slam Azərbaycana ərəblərlə gəldi. Bu
ərazidə yaşayan əhali İslam dinini qəbul
etdi. Ərəb xilafəti zəbt etdikləri ölkələrin,
o cümlədən Azərbaycanın ərəbləş­diril­məsi
siyasətini yeridirdilər. Dini və elmi əsərlər
ərəb dilində yazılır, şəriət qanunları ilə bağ-
lı bütün işlər bu dildə aparılırdı. Orta Asiya,
İran və Azərbaycanda bu dil dövlət dili kimi
möhkəmlənirdi. Bütün İslam ölkələrində, o
cümlədən Azərbaycanda ərəb dili­nin mənzum
forma və ölçüləri, poetik xüsu­siyyətləri də
yayılır. Ərəb təsiri təkcə dil, ədəbiyyat və
musiqidə deyil, həmçinin xalq dekorativ
sənətində, xüsusən də Azərbaycan memarlı-
ğında və xalçaçılığında öz əksini tapır.
“Pirəbədil” (Namazlıq) xalçası. Yun. Xovlu. 171x128.
1889-cu il. Quba qrupu. Azərbaycan.
“Qabıstan” (Namazlıq) xalçası. Yun. Xovlu. 170x92.
XIX əsrin əvvəli. Şirvan qrupu. Azərbaycan.
1...,69,70,71,72,73,74,75,76,77,78 80,81,82,83,84,85,86,87,88,89,...204