160
Natəvan
Hüseynova
LЯNKЯRAN
“Düzəltdiyim gəlincik nənələr, müxtəlif
tikmələr daxili dünyamın təzahürüdür.
Gəlincikləri elektrik naqillərindən hazır-
layır, sonra üstünə parça çəkirəm. Ge-
yimlərə gəlincə isə maraqlı paltarlar
tikmək qərarına gəldim. Ona görə də Lən-
kərana xas geyim növünü seçdim. Bu
geyimlər Lənkəranın özünəməxsusluğunu
ifadə etməklə yanaşı, həm də əcnəbi və yer-
li qonaqları özünə cəlb edəcək. Gəlinciklər
hazırlamaqdan əlavə, xalq sənətinin bir
növü olan tikmə ilə də məşğul oluram.
Məşhur işlərimdən biri “Sarıköynək”dir.
Bu tikməni ermənilərin işğalı altında olan
Xocalının qız-gəlinlərinə həsr etmişəm.
Sarıköynək də Xocalı qızları, qadınları
kimi çox gözəldir. Burada sarıköynəyin
gözündən axan qanlı yaşı qırmızı iplərlə
vermişəm. Bu işimdə Xocalı soyqırımın-
dan bəhs etmişəm. Kompozisiyanın qara
parça üzərində tikilməsi kədər simvolu-
dur. Lakin sarıköynəyin çiçəklənən ağac
budağında təsvir olunması xoş günlərə
ümidli olmağımızı ifadə edir. Qarabağın
geri alınmağına böyük ümid bəsləyirəm.
Onda tikmələrim daha rəngarəng olacaq”.
1...,152,153,154,155,156,157,158,159,160,161 163,164,165,166,167,168,169,170,171,172,...204