159
Naibə
Mustafayeva
Astara Rəsm qalereyasının direktoru
ASTARA
Bizim rayonda sənətkarlarla yanaşı, hə-
vəskarlar da çoxdur. Ağac üzərində oyma,
quramaçılıq, xalçaçılıq, dəmir üzərində
döymə—bir sözlə, dekorativ-tətbiqi sənətin
bütün növləri ilə məşğul olanlar var. Bədii
toxuma, onun müxtəlif növləri ilə məşğul
olan qadınlarımız da az deyil. Bizim qale-
reyada istənilən yaş qrupuna aid əl işlərini
görmək olar. Astaranı qarış-qarış gəzib
istedadlı qadınları, kişiləri tapıb onları
qalereyamıza cəlb edir, tez-tez sərgilərini
təşkil edirik. Eyni zamanda, onlar da qa-
lereyaya köməklik göstərirlər. Bizdə elə
qadınlar var ki, çox qədim tikmələri var.
Onlar həmin qədim tikmə növlərini bizim
qalereyada gənclərə öyrədirlər. Rayonu-
muzda xalçaçılığa böyük maraq var. Hər
dəfə yeni istedadlar axtarışı zamanı bu
sənətlə məşğul olan çoxlu sayda insan-
larla rastlaşırıq və bu, bizi çox sevindirir.
Xalça, ümumiyyətlə, Azərbaycan xalqı ,
eləcə də Astara camaatı üçün çox əzizdir.
Çünki xalça digər xalq tətbiqi- dekorativ
sənət növlərindən gözəl kompozisiyası,
ornamentləri ilə fərqlənir. Xalçadakı rəng
çalarlarına baxdıqca, heyran qalırsan.
Astaranın tanınmış xalça ustaları ara-
sında Hicran Əhmədovanın adını çəkmək
istərdim. Çox istedadlı xalçaçıdır. O, həm
də bədii tikmə ilə məşğul olur. Digər xal-
çaçılardan biri də Zülfüqarova Şahxanım-
dır. Qalereyamızda kilim toxumaq üçün
taxtadan dəzgah düzəldilib. Xalça ustası
Şahxanım da xalça toxumağa həvəsi, sev-
gisi olan gənc qızları ətrafına yığaraq, bu
sənətin incəliklərini onlara öyrətməklə
məşğuldur. Fəaliyyətimizi daha da geniş-
ləndirməyə çalışırıq. Gənc istedadları
meydana çıxarıb, onların əl işlərinin satı-
şını təşkil etmək istəyirik. Çünki gəncləri
daha çox önə çəkib, onları ruhlandırmalı,
təbliğ etməli, qayğılarına qalmalıyıq.
1...,151,152,153,154,155,156,157,158,159,160 162,163,164,165,166,167,168,169,170,171,...204