163
Çəkilişlərin aparıldığı yerdən - məşhur mil-
yonçu Murtuza Muxtarovun Mərdəkandakı
şəxsi bağından görünüş, qədim küçələr,
imarətlər, evlər, hamam, bazar səhnələri o
dövrün mənzərəsini yaratmağa imkan verir.
Sözsüz ki, evlərin bəzədilməsində ən başlıca
vasitə kimi xalçalardan istifadə olunub. Cəlil
Məmmədquluzadənin otağında divar, Rüstəm
bəyin evinin döşəmələri və divarları xalçalarla
bəzədilib. Filmin əvvəlində bazar səhnəsində
də xalçalar gözə dəyir. Məşədi İbadın Gülnazı
görməyə gəldiyi məşhur səhnədə isə divardan
asılan Quba qrupuna aid “Sırt Çiçi” xalçası bir
neçə dəfə yaxın rakursdan göstərilib. Bu xalça
qədim zamanlardan bu günə kimi Qubada to-
xunur. “Sırt Çiçi” xalçasının adı onun toxunduğu
“Sırt Çiçi” kəndinin adından götürülüb. Sırt Çiçi
kəndi Qubanın dağətəyi hissəsində yerləşən xal-
çaçılığın inkişaf etdiyi məntəqələrdən biridir. Bu
kənd Quba rayon mərkəzindən 20 km. cənubda
yerləşir. Sırt Çiçi kəndi hələ qədim dövrlərdən
yüksək sıxlığı, zərif və parlaq yunu, rəngarəng
bədii tərtibatı, ecazkar naxışları olan xalçaları ilə
məşhur olub. Bu kənddə toxunan tanınmış xal-
çalardan biri də “Sırt Çiçi” xalçasıdır. Toxucular
bu xalçanı “Sırt Çiçi”, bəzi sənətşünaslar isə “Çiçi”
adlandırırlar. Bu xalça digər xalça məntəqələrində
də toxunur. Nabur, Şamaxı, Ərçiman, Şirvan
kimi məntəqələrdə istehsal olunan xalçalar yerli
dəyişikliklərə məruz qalaraq "Şirvan-çiçi" adı ilə
tanınır.
“O olmasın, bu olsun” filmində göstərilən xalça-
nın bədii quruluşu ara sahə və haşiyə zolağından
ibarətdir. Bu xalça Qubanın mürəkkəb bədii qu-
ruluşa malik olan xalçalarından biridir. Xalçanın
açıq-qəhvəyiyə çalan ara sahəsinin əsas bəzəyini
kənarları qarmaqlı, pilləli elementlər təşkil edir. Bu
elementlər xalq arasında “pilləkan” adlanır. Fəlsəfi
mahiyyət kəsb edən bu element kainatın müxtəlif
təbəqələri arasında əlaqə kimi qəbul edilir. Hələ
qədim dövrlərdən xalçalar üzərində çox işlənən ka-
inatın bütün təbəqələri ilə əlaqə əbədi mövzu ol-
muşdur. Xalçanın açıq-yaşıla çalan ana haşiyəsində
səkkizləçəkli gül təsvirləri vardır. Şəkəri yerliki
bala haşiyələr içərisi dördləçəkli güllərlə işlənmiş
kiçik ölçülü medalyonlarla bəzədilib. Kənar bala
haşiyə xaricdən, ara sahəni əhatə edən bala haşiyə
isə daxildən “mollabaşı” motivləri ilə əhatə olu-
nub. Haşiyələrin kənarları “su”larla tamamlanır.
Yüksək sıxlıqla toxunmuş bu xalçada bütün kiçik
ölçülü elementlər aydın nəzərə çarpır.
Rəngləri yüksək peşəkarlıqla bir-biri ilə uyğun-
laşdırılmış xalça çox baxımlı görünüş əldə edib.
Xalça. “Sırt-Çiçi”. Yun. Xovlu. 237x136.
XIX əsrin əvvəlləri. Quba qrupu. Azərbaycan.
1956-cı ildə lentə alınan film Üzeyir Hacıbəy-
linin 1911-ci ildə yazdığı eyniadlı operettası əsa-
sında çəkilib. Filmdə XIX əsrin sonu—XX əsrin
əvvəllərindəki Azərbaycan həyatı, məişəti göstərilib.
Filmdə böyük və ülvi məhəbbətdən, məhəbbətin
pula, cəhalətə qalib gəlməsindən danışılır. İki
gənc—Sərvər və Gülnaz bir-birlərini sevirlər. Gül-
nazın atası müflisləşən Rüstəm bəy isə 15 yaşlı
qızını qoca tacir Məşədi İbada ərə vermək istəyir.
Əvəzində isə Məşədi İbaddan pul alıb qumar borc-
larını ödəyərək müflislikdən qurtulmaq fikrindədir.
Gənc Sərvər dostları ilə birlikdə hiylə işlədib Gül-
nazı Məşədi İbadın əlindən alır və onu öz yaşına
uyğun gələn qulluqçu Sənəmlə evləndirirlər. Sərvər
və Gülnaz isə bir-birinə qovuşurlar.
Baş rollarda Əliağa Ağayev (Məşədi İbad), Arif
Mirzəquliyev (Sərvər), Tamara Gözəlova (Gül-
naz), Ağasadıq Gəraybəyli (Rüstəm bəy), Barat
Şəkinskaya (Sənəm) və digər tanınmış aktyorlar
çıxış ediblər. Filmin ssenari müəllifi Sabit Rəhman,
quruluşçu rejissoru Hüseyn Seyidzadə, quru-
luşçu operatoru Əlisəttar Atakişiyev, quruluşçu
rəssamları Cəbrayıl Əzimov və Nadir Zeynalov,
səs operatoru Əziz Şeyxov, musiqi redaktoru Fikrət
Əmirov, bəstəkarı Üzeyir Hacıbəylidir. Bəstəkar
bu musiqili komediyasında "Uzundərə" lirik xalq
rəqsinin bir qədər dəyişdirilmiş melodiyası, marş-
xor, “Kürd-Şahnaz” və “Segah” muğamlarından
istifadə edib.
1...,155,156,157,158,159,160,161,162,163,164 166,167,168,169,170,171,172,173,174,175,...204