161
Sevda
Cəbrayılova
“Ailəmizdə xalçaçı olmayıb. Amma mə-
nim xalça sənətinə həvəsim uşaqlıqdan
yaranıb. Bu həvəsin arxasınca gedərək
toxucu olmuşam. Uzun müddət xalçaçı-
lıq sexində işləmişəm. Biz orada Lənkəran
xalçalarına xas ornamentli çeşnilər
əsasında xalçalar toxuyurduq. Bu xalça-
lar həm qədim, həm də müasir çeşnilər
əsasında toxunurdu. Hazırda xalça to-
xumaqla məşğul olmuram. İndi, əsasən,
geyimlər toxuyuram. Bu geyimlərdə isə
xalça ornamentlərindən istifadə edirəm.
Məsələn, işlərimin çoxunda “siçandi-
şi” elementindən istifadə edirəm. Belə
elementləri tətbiq etmək həm qədim xal-
ça naxışlarını yaşadır, həm də geyimə
yaraşıq verir. Mən uşaqlara toxuculuq
dərsləri də verirəm. İstərdim ki, bu işi bir
az da genişləndirim və kursa daha çox
yeniyetmə cəlb edim”.
1...,153,154,155,156,157,158,159,160,161,162 164,165,166,167,168,169,170,171,172,173,...204