172
Qırğız Respublikası Prezidentinin xanımı Raisa Atambayeva ölkəmizə səfəri
çərçivəsində “Azər-İlmə” xalçaçılıq şirkətində olub. Müəssisənin “Sehrli ilmələr” qa-
lereyasını gəzən qonaq Azərbaycanın milli-mədəni sərvəti olan xalçaçılıq haqqın-
da ətraflı məlumat alıb, xalça istehsalı prosesi ilə tanış olub. Qonaq şirkətdə qədim
el sənətinin belə məhəbbətlə yaşadılmasını, xalçaların əllə toxunmasını, iplərin təbii
rənglərlə boyanmasını yüksək qiymətləndirib. Zərif toxunuşu, yüksək keyfiyyəti, ori-
jinal kompozisiyası və rəng həlli ilə seçilən xalçalarımıza valeh olan Qırğızıstanın bi-
rinci xanımı xalçalardan birinə ilmə vurmaq istəyini bildirib. Bu işdə ona gənc toxucu
Fatma Aşurova köməklik göstərib. Xanım Atambayeva qalereyanın qədim xalçalardan
ibarət sərgisini də maraqla izləyib. Qalereyada nümayiş olunan “Azərbaycanın tarixi
xalçaçılıq məktəbləri” ipək xalı xəritəsi isə bədii tərtibatı ilə xanım Raisa Atambaye-
vanı məftun edib. Getməzdən əvvəl qonaq qalereyanın xatirə kitabına ürək sözlərini
yazıb. Qırğızıstanın birinci xanımına xalçaçılıq sənətindən bəhs edən kitab və xatirə
hədiyyələri təqdim edilib.
Qırğızıstanın birinci xanımı
Azərbaycan xalçalarına valeh oldu
1...,164,165,166,167,168,169,170,171,172,173 175,176,177,178,179,180,181,182,183,184,...204