174
A
zərbaycandarəsmi səfərdəolanXorvatiyaprezidenti İvoYo-
sipoviçin xanımı Tatyana Yosipoviç “Azər-İlmə”nin “Sehrli
ilmələr” qalereyasında olub. Qonağa xalçaçılığın Azərbaycanın
ən qədim sənət növlərindən biri olması haqda məlumat verilib
və bildirilib ki, ölkəmizdə toxunan xalı-xalça keyfiyyəti, zəngin
çeşniləri ilə fərqlənir. Bu zərif incəsənət nümunələri haqqın-
da qədim səyyahlar, salnaməçilər yazılı məlumatlar vermişlər.
Xanım Tatyana Yosipoviçə həmçinin bildirilib ki, milli xalça
sənətinin ənənələrini yaşadan “Azər-İlmə” xalçaçılıq şirkəti Av-
ropa Biznes Assambleyasının “United Europe” və “XXI əsrin
liderləri” beynəlxalq imic proqramının “Avropa keyfiyyəti” kimi
nüfuzlu mükafatına layiq görülüb. Xorvatiya prezidentinin xa-
nımı xalçaçı qızların işini izləyib, incə naxışlı, orijinal tərtibata
malik, milli koloriti ilə seçilən xalçaların istehsal prosesi ilə ya-
xından tanış olub. Tatyana Yosipoviç toxucuların köməyi ilə to-
xunan xalçaya bir neçə ilmə də vurub. Qonaq zərif toxunuşlu,
maraqlı kompozisiya quruluşlu xalçalardan məmnun qaldığını
deyib. Xorvatiyanın birinci xanımı “Azər-İlmə”nin nəşr etdirdi-
yi “Azərbaycan xalçaları bütün məktəbləri ilə” silsiləsindən olan
broşürlər və “Azərbaycan xalçaları” jurnalı ilə də tanış olub. Qo-
nağa xalçaçılıq sənətinə dair kitab və xatirə hədiyyəsi təqdim olu-
nub. Xanım Yosipoviç “Azər-İlmə”nin rəhbərliyinə Xorvatiyanın
tarixi binalarından bəhs edən nəfis tərtibatlı kitab təqdim edib və
xatirə kitabına ürək sözlərini yazıb.
Xorvatiyanın birinci xanımı
"Sehrli ilmələr" qalereyasında olub
1...,166,167,168,169,170,171,172,173,174,175 177,178,179,180,181,182,183,184,185,186,...204