168
“Avroviziya-2012” mahnı müsabiqəsinin
Bakıda keçirilən final mərhələsinin rəsmi
sponsoru olan ARDNŞ Amerikanın müxtəlif
ştatlarının qanunverici orqanlarını təmsil
edən konqresmen və senatorlardan, habelə
tanınmış ictimai xadimlərdən ibarət böyük
bir nümayəndə heyətini Azərbaycana dəvət
edib.
Mühüm musiqi yarışmasının finalında iş-
tirak etmək, habelə ölkəmizin son illərdə
qazandığı sosial-iqtisadi uğurlarla tanış ol-
maq istəyən 50-dən artıq konqresmen, 19 se-
nator, merlər, hazırkı və sabiq prokurorlar,
səfirlər, keçmiş nazirlər, incəsənət adamla-
rı, ümumilikdə Amerika ictimai fikrinə bö-
yük təsir gücünə malik 100-dən artıq şəxs
ARDNŞ-nin dəvətini qəbul edib.
Bakının görməli yerlərini gəzən qonaqlar
“Azər-İlmə” xalçaçılıq şirkətində də olub-
lar. Şirkətin “Sehrli ilmələr” qalereyasın-
da qədim xalça nümunələri ilə tanış olan
Amerika nümayəndə heyətinə milli mədəni
sərvətimiz olan xalçaçılıq haqqında ətraflı
məlumat verilib. Qonaqlar xalça istehsa-
lı ilə, qalereyada nümayiş olunan zəngin
eksponatlarla maraqlanıblar. Nümayəndə
heyətinin üzvləri keyfiyyəti ilə seçilən milli
xalçaları yüksək qiymətləndirdiklərini vur-
ğulayıblar. Xüsusən Nyu-Meksiko ştatının
maliyyə işləri üzrə vəkili Mark F. Valdes,
həmin ştatın nümayəndələr palatasının üzvü
Ceyms E. Smit, Arizona ştatından senator Pa-
ula Aboud, Florida nümayəndələr palatası-
nın üzvü Hazel P. Roqers, Türkiyə-Amerika
ticarət palatasının koordinatoru Elif Şən əl
ilə toxunan, ipləri təbii rənglərlə boyanan,
incə naxışlı, zərif toxunuşlu xalçalarımıza
valeh olduqlarını bildiriblər. Sonda qonaqla-
ra “Azər-İlmə”nin“Azərbaycan xalçaları bü-
tün məktəbləri ilə” adlı layihəsi çərçivəsində
nəşr olunan broşurlar, “Azərbaycan xalçala-
rı–İrəvan qrupu” kitabı, “Azərbaycan xalça-
ları” jurnalı hədiyyə edilib.
Amerika nümayəndə heyəti
“Azər-İlmə”nin qonağı oldu
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,160,161,162,163,164,165,166,167,168,169 171,172,173,174,175,176,177,178,179,180,...204