167
On bir yaşlı Fatimə Beynəlxalq Ümumtəhsil
Məktəbində oxuyur. Hələ birinci sinifdən
“Azər-İlmə” şirkətində xalça toxumağın
sirlərinə yiyələnib. Xalçaları çox sevir, de-
yir ki, xalçalara baxdıqda məktəbdə tarix
dərsində keçdiyi hadisələr yadına düşür, elə
bil tarixə səyahət edir. Bir neçə ildir ki, Fatimə
xalçalarda gördüyü naxışları kağız üzərində
də əks etdirməyə çalışır, eyni zamanda özü də
yeni kompozisiyalar yaradır. Ən sevimli na-
xışı butadır. O, bu naxışı müxtəlif formalarda
təsvir edib. Əl işlərinin birində butanı saz for-
masında, içində notla çəkib.
“XXI əsr” Ümumtəhsil Mərkəzində oxuyan
balaca Fidan da rəssam olmaq arzusundadır.
Şəkil çəkməyi çox sevən doqquz yaşlı bu qızcı-
ğaz həm də xalçaçılıq sənətinə maraq göstərir,
xalça toxumağı öyrənir. Rəngarəng xalçalarda-
kı müxtəlif naxışlar onun rəssamlıq fantaziya-
larını bir qədər də genişləndirir. O da ilk olaraq
buta naxışından başlayıb. Onun çəkdiyi buta
rəsmləri özünün rəngarəngliyi ilə seçilir. Fidan
yalnız mövcud xalça naxışlarını təsvir etməklə
kifayətlənmir, yenilikləri ilə bu sahəyə öz töh-
fəsini də verməyə çalışır.
Our Carpets through the Eyes of Children
Résumé
This article discusses how creative work is very
important in the formation of children as individuals
and the importance of carpet weaving from this point
of view is emphasized. Fatima and little Fidan’s
interest in carpet art and its delicacy and how they
reflect carpet patterns on paper are also discussed.
Наши ковры глазами детей
Резюме
В статье рассказывается о значимости твор-
ческой работы в формировании детей как лично-
сти. С этой точки зрения отмечается важность
ковроткачества. Рассказывается об интересах
Фатимы и маленькой Фидан в ковровом искусстве
и его тонкостях, об их мастерском переносе на бу-
магу ковровых узоров.
1...,159,160,161,162,163,164,165,166,167,168 170,171,172,173,174,175,176,177,178,179,...204