113
tanda əldə edilən fraqmentlər, bir növ, nümunə
kimi istifadə edilib, xovların dibinin daha yaxşı
görünməsi üçün onun ucları qırxılıb. Belə çıxır
ki, xovlu xalça texnikası miladdan əvvəl V əsrin
ortalarında kifayət qədər güclü inkişaf etmişdi.
Əslində, Şərqi Türküstan keçəçilik bölgəsidir. Bu
yerlərin divar rəssamlığında və miniatürlərində
təsvir edilən xalılar nümunələrdən də göründü-
yü kimi keçədəndir. Buna görə də Şərqi Türküs-
tanda xovlu xalçalar ola bilməzdi. Həmin xalça-
çılıq məmulatları buraya Qərbdən gətirilmiş ola
bilərdi. Buna görə də xovlu xalçaların vətəninin
Qərbi Türküstan olması mülahizəsi ən inandı-
rıcı ehtimal sayılmalıdır. Çox güman ki, uzun
illər bundan əvvəl ovçu, daha sonra köçəri ovçu,
nəhayət, köçəri həyat tərzini mənimsəmiş bir
qəbilənin üzvləri ilk dəfə olaraq hazır bir parça-
nın liflərinə yundan düyünlər vurmaqla ondan,
bir növ, süni dəri hazırlamaq fikrinə düşmüşlər.
Bu texnikanı nə vaxt tapdıqlarını bilmirik. Hər
halda, bu kəşfin ən azı 2 min yaşı var. Bəlkə də
onu da ilk dəfə aşkar edən türklər olmuşdur.
Dəqiq olanı budur ki, belə əzəmətli bir sahəyə
çevriləcək sahənin ilk rüşeymləi məhz türklərin
yaşadığı ərazilərdə meydana gəlib.
Bahalı döşənəcək xalıları tarixə lap qədimdən
məlumdur. Assuriya, Babil, Əhəməni xalçaları
çoxdanməşhur idi. Onların xalçaçılıq ənənələrini
sasanilər və bizanslılar daha da inkişaf etdirdilər.
Amma bu xalçalar xovlu xalçalar deyildi. Bunlar
toxunma, hörülmə, işləmə tipli, aplikasiyalı xal-
çalar idi. Xovlu dəsmal texnikası ilə hazırlanmış
toxuma və ya qətfələr idi. Xovlu xalçalar deyildi.
Adı VIII, XIX, X əsrin ərəb qaynaqlarında çəkilən
və islam mədəniyyətinin zənginliyi haqqında
bilgilər verən xalçaların xovlu növə aid oldu-
ğunu təsdiqləyən heç bir fakt yoxdur. Bir neçə
xırda istisnanı saymasaq, islam ölkələrində ilk
xovlu xalçalar XI əsrdə görünüb. Bu, müsəlman
ölkələrində səlcuq türklərinin hakimiyyətdə
olduğu dövrdür. Bunlar heç də təsadüfi deyil.
Bütün dəlillər göstərir ki, xovlu xalçalar islam
mədəniyyətinə səlcuqlarla bərabər gəlib və
səlcuqlar tərəfindən gətirilib. Hazırda əlimizdə
olan ən qədim xovlu xalçaların təpədən-dırnağa
səlcuq şəhəri olan Konyadakı böyük camedə,
Əlaəddin camesində olması faktı da deyilənlərə
bariz nümunədir. Deməli, xovlu xalçaların ta-
rixi sıx şəkildə türklərlə bağlıdır. Bu texnika-
nı inkişaf etdirən, çox güman ki, hətta onu ya-
radan və Qərbə gətirən də onlardır. XVI əsrin
əvvəllərində Səfəvilərin hakimiyyəti dövründə
İran xalçaçılığının müstəqil bir məktəbə çevril-
diyi dövrün başlanğıcında buradakı xalçalar
hələ türklərə məxsus olan keyfiyyətlərini qoru-
yub saxlamışdı. Xovlu xalçaları istisnasız olaraq
türklərə məxsus toxuculuq məhsulu saymaq
heç də mübaliğəli iddia deyil. Xüsusən də son
20 ilin araşdırmaları və əldə edilən nəticələri
bizi bu qənaətə gəlməyə vadar edir. Ona görə
də müasir xalçaşünaslıq elmi xalçaçılıq tarixinin
öyrənilməsində türk xalçalarının inkişaf yolunu
izləməyi prinsipial məsələ kimi qəbul edir.
Bu sahədə aparılan ətraflı araşdırmalar, eyni
zamanda, bizə türk xalçalarının XIII əsrdən XIX
əsrədək davam edən inkişafına aid çoxsaylı sual-
ların hələ də cavabsız qalmasının səbəblərinə də
aydınlıq gətirmişdir. Amma həmin problemlərin
indiyə qədər həll olunmamış qalmasını bircə
tədqiqatlara düzgün olmayan sahədən başlan-
ması amili ilə əlaqələndirmək doğru olmaz-
dı. Burada yalnız türk xalçaşünaslığı deyil,
türk sənətşünaslığının başqa sahələrində də
tədqiqatlara mane olan səbəblər araşdırılmalı-
dır.
Zaman-zaman
iddia
edilmişdir
ki,
türk incəsənəti ölkə xaricində lazımınca
dəyərləndirilmir. Həmçinin əcnəbi mənbələrdə
türk incəsənəti haqqında yanlış hökmlər
verilməsi, hətta bəzi əcnəbi alimlərin türk
incəsənəti haqqında qəsdən onu qiymətdən
salan rəylər verməsi ilə bağlı iddialar da orta-
ya atılır. Bu iddialar bütünlüklə haqsız da de-
yil. Amma türk incəsənətinə qarşı bütövlüklə
bir düşmənçilik siyasətinin yeridilməsi fik-
ri də doğru olmazdı. Düzdür, yanlış hökmlər
verilə bilər. Amma bunlar xırda istisnalardır.
Axı hansı sahədə belə yanlış fikirlər olmayıb?
Əlbəttə, bu bir faktdır ki, bəzən əcnəbi alimlər
türk incəsənəti barədə yanlış mülahizələr
səsləndirmişlər. Yanlış hökmlərin meydana
çıxması da çox mənada bunun nəticəsidir. Bəs
bu, nədən irəli gəlir? Bu, əcnəbi tədqiqatçıların
türk incəsənətini qəsdən kiçiltmək, gözdən sal-
maq qəsdindən irəli gəlmir, əksinə, sadəcə ola-
raq, bu sahəni az tanımalarından, kifayət qədər
məlumatlı olmamalarından, onu tam dəyəri ilə
qiymətləndirmək imkanlarının kasadlığından
qaynaqlanır. Türkiyədən xaricdə türk minia-
türü barədə nə öyrənmək olar? Demək olar ki,
heç bir şey. Anadoludakı Səlcuq memarlığının
zənginlikləri ilə bağlı təkəm-seyrək nəşrlər bu
sahə ilə bağlı informasiya qıtlığını aradan qal-
dırmır. İslam memarlığını öyrənən neçə avro-
1...,105,106,107,108,109,110,111,112,113,114 116,117,118,119,120,121,122,123,124,125,...148