114
palı alimin bütün ölkəni şəxsən gəzmək, onu
tədqiq etmək imkanı var? Bütün sahələrdə
vəziyyət aydındır. Türk incəsənəti xaricdə
qiymətləndirilmir, çünki əcnəbi tədqiqatçıların
əlində məxəzlər çox azdır. Bundan da daha çox
türk incəsənəti ziyan çəkir. Problemə yalnız
türklərin özü çarə edə bilər. Türkiyə muzeyləri,
kitabxanaları, arxivləri, həmçinin türk memarlı-
ğının tanıdılması üçün ekskursiyalar göstərilən
sahədəki boşluğu doldura bilər.
Eyni vəziyyət bir qədər xəfif şəkildə olsa da,
türk xalçaçılığı sahəsində də müşahidə olunur,
hərçənd əcnəbi tədqiqatçıların əlində bu sahə
ilə bağlı zəngin materiallar mövcuddur. Avropa
ölkələri XIV əsrdən bu yana türk xalçası idxal
etmişlər. XVI və XVII əsrlərdə, bütün Avropa
məmləkətlərini bürüyən xalça bumu dövründə
Qərb ölkələrinə yüz minlərlə xalça ixrac edil-
mişdir. Həmin proses indinin özündə də davam
etməkdədir. Təbii ki, indi onların yalnız kiçik
bir hissəsi qalmışdır. Amma qalanların özü də
minlərlə hesablanır. Bu yüksək rəqəmə, material
bolluğuna baxmayaraq, yenə də suallarımıza ca-
vab ala bilməməyimizin başqa səbəbləri vardır.
Bu xalıların hamısı, yaxud təqribən hamısı Qərbə
ixracat məhsulu kimi gətirilib. İxrac edilən mal-
larda isə, ilknövbədə, alıcınınzövqüamili əsas rol
oynayır. Xalça ticarəti sahəsi də istisna olmayıb.
Buna görə də sayından asılı olmayaraq, bu mate-
riallar müəyyən çeşidlərlə, bu çeşidlər içərisində
də müəyyən nümunələrlə məhdudlaşır. Bunla-
rın arasında müəyyən çərçivədən kənara çıxan
çox az faktlar var. İxracatın özü qəliblər yaradır.
Buna görə də əcnəbilərin əlində olan tədqiqat
materialları o dövrdə Anadoluda mövcud olan
mənzərəni bütün çılpaqlığı ilə təsvir etməyə im-
kan vermir. Bəzi xalça növləri, ümumiyyətlə,
ixrac edilməmişdir. Türkiyə hüdudlarından
kənarda olan materialların arasında hansısa çe-
şidin ilk dövrlərinə aid olan nümunələrə də hər
deyəndə rast gəlmək mümkün deyil. Çünki bir
xalça yalnız öz vətənində istehsal edildikdən bir
müddət sonra hansısa kənar ölkəyə iri miqyasda
ixrac edilə bilər. O dövrlərdə istisnasız olaraq,
yaxud da müəyyən dərəcədə əcnəbi alıcıların
zövqünə uyğun xalçalar istehsal edən bir emal
müəssisəsininmövcud olması faktı da indiyədək
aşkar olunmamışdır. Əslində, bu, həmin dövr
üçün ağlabatan da görünmür. Buna görə də ix-
rac edilməyən xalçaların, həmçinin ixrac edilmiş
xalçalardan sayılmayan nümunələrin tədqiq
edilməsi yalnız Türkiyə ərazisində mümkündür.
Bu gün Türkiyədəki camelərə döşənmiş saysız
xalçalar arasında XVIII və XIX əsrlərə aid olan
maraqlı nümunələr vardır. Aralarında tarixi
1700-cü ildən də əvvələ gedib çıxan nümunələr
yox dərəcəsində azdır. Came xalılarının çoxu
məhəlli əhəmiyyət kəsb edir. Bəzi çeşidlərə hər
yanda rast gəlmək mümkündür. Amma bunlar
bütöv bir kompozisiya şəklində deyil. Milasda-
kı bir camedə rast gəlinən bir xalçanın xarakte-
ri, Çanaqqala ətrafındakı Ezinedə, yaxud Kos-
tamonudakı camenin xalçasından fərqlidir. Bu
sahədə daha məhsuldar araşdırmalar aparıla
bilər. Amma bundan ötrü Anadoluda tədqiqat
səyahəti aparmaq zərurəti var. Təəssüf ki, əyalət
müzeylərini gəzmək bu baxımdan əlverişli sa-
yıla bilməz. Konya muzeyini istisna etməklə,
indiyə qədər heç bir muzeydə xalçaşünaslıq
baxımından diqqətəlayiq bir eksponat tapa
bilməmişəm. Bu muzeylərin öz bölgələrindəki
camelərdə saxlanılan xalçaları vahid mərkəzə
toplamaları heç də pis olmazdı. Beləliklə, Av-
ropa muzeylərinin belə həsəd apara biləcəyi bir
çox nümunələr xarab olmaqdan xilas edilərdi.
20-30 il əvvəl belə bir təşəbbüs olmuşdu. Həmin
illərdə məscidlərdə olan və incəsənət baxımın-
dan qiymətli əşyaların Vəqflər Muzeyinə təhvil
verilməsi xalçalar üçün də bir qurtuluş yolu ol-
muşdur. Müasir dövrdə "Türk və İslam Əsərləri
Muzeyi" adlandırılan bu muzey mindən artıq
xalçası ilə dünyanın ən nəhəng xalça kolleksi-
yasına malikdir. Bunların kiçik bir qismi istis-
na olmaqla, demək olar ki, hamısı Anadolu və
Qafqaz xalçalarından ibarətdir. Amma bu kol-
leksiyanın dəyəri onun kəmiyyətindən daha çox
keyfiyyəti ilə bağlıdır. Məsələn, bu kolleksiya-
nın içində xaricə heç vaxt ixrac edilməmiş, ya
da çox nadir hallarda ixrac edilmiş, buna görə
də Türkiyə hüdudlarından kənarda qətiyyən
tanınmayan və xalçaşünaslar tərəfindən heç
tədqiq olunmayan xalçalar mövcuddur. Bu
muzeydəki xalçaların arasından Türkiyənin
xaricindəki kolleksiyalarda rast gəlinməyən
nümunələrdən ibarət bir sərgi yaratmaq çətin
bir iş deyildir. Bu muzeylərdə həmçinin bəzi,
xalçaların, Türkiyədən xaricdə heç tanınmayan
müxtəlif çeşidlərin əzəli nümunələri də var. Qı-
saca desək, "Türk və İslam Əsərləri Muzeyi"nin
balansında olan nümunələri tədqiq etməklə türk
xalçaçılığı tarixinin inkişafı mövzusunda açıq
qalmış bir çox sualların əksəriyyətinə rahat bir
şəkildə cavab tapmaq mümkündür. Bu gün yal-
nız buna ümid etmək olar. Əlbəttə, min xalıdan
1...,106,107,108,109,110,111,112,113,114,115 117,118,119,120,121,122,123,124,125,126,...148