140
xalçası, kiçik səkkizbucaqlısı olan 2 iri türk xalısı
və 4 ədəd böyük döşəmə xalısının adı qeyd olu-
nur. Təhsin Özün verdiyi məlumata görə, ipək
xalçalar saray kataloqlarında ilk dəfə 1504-cü
ildə yer almışdır. Maksimilianın qızı şahzadə
Marqaretin varidatını əks etdirən, 1524-cü ildə
tərtib edilmiş inventar siyahısında ipək türk xal-
çasından bəhs edilir. İngiltərə kralı V Ceymsin
1534-cü il tarixli kataloqunda da bir ədəd ipək
türk xalçasının adı çəkilir. Almaniya imperato-
ru V Karl İstanbula ezam etdiyi casusu Mane-
tiusa 1549-cu ildə pul aparan xəbərçisinə ora-
dan qayıdarkən ona 10 ədəd gözəl türk xalçası
gətirməyi tapşırmış və bunlardan ikisinin, ya-
xud üçünün ipək xalılar olmasını şərt kimi qoy-
muşdur.
Daha iki mənbə: 1432-ci ildə fransız səyyahı
Bertandor de la Brokyer “Səlib ölkələrinə
səyahət” (“Voyage d`Outremer”) adlı əsərində
yazırdı:
“Bu dağı aşdıqdan sonra axırında bir göl
yerləşən böyük ovalığa girdim (İznik gölü). Türk
xalçalarının necə toxunduğunu ilk dəfə burada
gördüm”.
Bu parçadan iki nəticə çıxarmaq mümkündür:
1. De la Brokyer hələ vətənində olarkən türk
xalçalarının şöhrətindən xəbərdar idi və bunla-
rın necə toxunması ilə maraqlanırdı.
2. BugünOrhanQazi vəGemlikməntəqələrinin
yerləşdiyi ərazilərdə XV əsrin əvvəllərində xalça
emal edilirmiş. Bu, 1436-cı ildə Uzun Həsənin
sarayında qonaq ikən gördüklərini təsvir edən
Josefa de Barbaronun memuarlarını xatırladır.
Josefa de Barbaro öz xatirələrində yazırdı ki, İran
xalçaları və ya Qahirədəki xalçalarla Bursa xalça-
ları arasındakı fərq ingilis yunundan hazırlanan
paltarla Sankt-Mateus yunundan hazırlanmış
paltar arasındakı fərq qədər böyükdür. Sankt-
Mateus sənaye yunları barədə məlumatımız
olmadığına görə bu bənzətmə bizim işimizə
yaramaz. Çox güman ki, bu bənzətmə Uzun
Həsənin sarayındakı İran xalçalarının üstünlü-
yünü göstərmək üçündür. Bizcə, burada vacib
məqam italiyalı diplomatın o vaxt hələ Məmlük
hökmdarlarının hakimiyyəti altında olan Qahirə
xalçaları ilə bərabər ikinci qrupun mövcudlu-
ğundan xəbərdar olmasıdır. Bu isə Bursa xalça-
larıdır.
Yazılı qaynaqlardan təsadüfi üsulla etdiyimiz
bu kiçik seçmə mövcud olan xalçaları və ya on-
ların tablolarda çəkilmiş təsvirlərini təsdiqləyir,
hərçənd Bursa xalçaları və ya ipək xalçalar
məsələsini də ortaya qoyur. Hər halda, Qərb
arxivlərindən yeni materiallar tapmaqmümkün-
dür. Yuxarıda xatırlanan qeydlər əsas etibarilə
Vyana, Paris və Londondakı arxivlərdən götü-
rülmüşdür.
Amma bunu da nəzərə almaq lazımdır ki, Şərq
arxivlərində əldə edilə biləcək məlumat çox az
olacaq. Ən əhəmiyyətli tədqiqat materialları
türk arxivlərindədir. Beləliklə, XV əsr türk xalça-
ları mövzusunda kiçik tədqiqatımız elə başlan-
ğıcdakı nəzər nöqtəmizlə də başa çatacaqdır. Bu
mövzuda üzə çıxardığımız bütün məsələlərin
açarı türklərin əlindədir.
Şəkil 67
1...,132,133,134,135,136,137,138,139,140,141 143,144,145,146,147,148